“Kaspi” Təhsil Şirkəti və “Azercell” 2 qalib jurnalisti Londona göndərəcək
Tarix: 08.10.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


“Azercell Telekom” MMC-nin və “Kaspi” Təhsil Şirkətinin birgə təşkil etdiyi jurnalistlər üçün ingilis dili kursu ilə bağlı mətbuat konfransı
keçirilib.

Azadinform xəbər verir ki, konfransda çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib ki, “Azercell” yarandığı gündən Azərbaycan təhsilin inkişafına xidmət edib və bununla bağlı bir sıra layihələr həyata keçirib: “Bizim ən çox sevilən layihələrdən biri jurnalistlər üçün ingilis dili kurslarıdır. Kurslar 2006-cı ildən təşkil edilir. Jurnalistlər kursda öz ingilis dili biliklərini inkişaf etdirir. Onlardan iki nəfər isə 2 həftəlik dil kurslarında iştirak etmək üçün Londona göndərilir”.
O qeyd edib ki, bu il 73 jurnalist kursa qatılıb. Çıxışının sonunda C V. Mürsəliyev “Kaspi” Təhsil Mərkəzinə əməkdaşlıq üçün təşəkkür edib və bildirib ki, “Azercell” və “Kaspi” birlikdə təhsilə daha çox töhfə verə bilər.
Daha sonra çıxış edən “Kaspi” Təhsil Şirkətinin direktoru Elnur Əliyev bildirib ki, ölkədə ingilis dilli jurnalistikanın yaranmasında bu layihənin böyük rolu var. Kursda fərqlənən jurnalistlərin Londona göndərilməsinə məsələsinə gəlincə, E. Əliyev bildirib ki, bu obyektiv şəkildə həyata keçirilir: “Burada namizədin imtahanda iştirakı, dərslərdəki davamiyyəti, jurnalistika sahəsindəki fəaliyyəti nəzərə alınır”.
Qeyd edək ki, sonda kursu uğurla bitirən jurnalistlərə sertifikatlar təqdim edilib. Jurnalistlərdən İlkin Ağayev (“Palitra” qəzeti) və Səma Əhmədova (ATV) isə Londona getmək şansı qazanıb.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ətraf mühitin problemləri və onların həlli yolları müzakirə edilib
20.02.2019
Qaraciyəri bərpa etməyin sadə və ucuz üsulu
20.02.2019
İslamda millət və din anlayışı
20.02.2019
Narkotik vasitələrin sərhəddən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb
20.02.2019
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info