Gələn il büdcəyə qeyri-neft sektorundan daxilolmalar artacaq
Tarix: 08.10.2015 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Dünən “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin elm və təhsil, hüquq siyasəti və dövlət quruculuğu, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, insan hüquqları, mədəniyyət komitələrinin birgə iclasında müzakirə edilib.
İclasda maliyyə naziri Samir Şərifov çıxış edərək cari ilin makroiqtisadi göstəricilərindən, ona təsir edən amillərdən, 2016-cı ilin dövlət büdcəsinin parametrlərindən danışıb. Nazir bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatına iki xarici şok təsir edir. Bunlardan biri dünya bazarında xammalın qiymətinin kəskin enməsi, digəri isə region ölkələrinin bir çoxunda milli valyutaların kəskin ucuzlaşmasıdır. Neftin qiymətinin aşağı düşməsi təkcə neft hasil edən deyil, həm də neft istehlak edən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Hesab edirik ki, qeyri-münbit iqtisadi fonda Azərbaycan iqtisadiyyatı təqdirəlayiq artımla inkişaf edib. Belə ki, 2015-ci ilin ilk 6 ayında ölkədə 26,3 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub və iqtisadiyyatın real artımı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz təşkil edib. Bu artım əsasən qeyri-neft sektorunun hesabına baş verib. Neft sektoru son illər ərzində daha çox azalmaya doğru dinamika nümayiş etdirir. Amma Azərbaycan dünya iqtisadiyyatının tərkib hissəsidir və dünyada baş verən prosesləri nəzərə alsaq, şübhəsiz ki, onların ölkəmizə təsirləri mövcuddur. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən bu il üçün hazırlanmış sosial-iqtisadi proqnoza da yenidən baxılıb. İlin sonuna biz ümumi daxili məhsulun artımını əvvəlki proqnoza nisbətən 1,1 faiz az gözləyirik, yəni, 3,3 faiz səviyyəsində. Neft sektoruna aid artım 0,6 faiz geriləyəcək, qeyri-neft sektoru isə 5,9 faiz artacaq. Dövlət büdcəsinin gəlirlərinin cari ilin sonuna 17 milyard 80 milyon manat məbləğində icra olunması gözlənilir. İlin sonuna xərclərin icrasını da təxminən 84 faiz səviyyəsində gözləyirik. Nazir vurğulayıb ki, 2016-cı ilin dövlət və icmal büdcə layihələrinin tərtibi zamanı İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnoz göstəricilərinə müvafiq olaraq ümumi daxili məhsulun 1,8 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 3,4 faizlik artım surəti əsas götürülüb. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləğinin azalması fonunda 2016-cı ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi cari ilin gözlənilən icrası ilə müqayisədə 11,8 faiz çox artacaq. Dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsinin maliyyə təminatı yaradılır. Pensiya təyinatı üzrə maliyyə dayanıqlığını daha da artırmaq üçün tədbirlərin görülməsi nəzərdə tutulur. Samir Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2 faiz həcmində olmaqla 14 milyard 566 milyon manat, xərclər isə ümumi daxili məhsulun 28,2 faiz həcmində olmaqla 16 milyard 264 milyon manat proqnozlaşdırılıb. Son 2 ildə həyata keçirilməsinə başlanılan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin tədricən azaldılması siyasəti gələn il davam etdiriləcək. Belə ki, 2016-cı ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 milyard manat transfert proqnozlaşdırılır ki, bu da 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 26,2 faiz az deməkdir. 2016-cı il dövlət büdcəsinin gəlirlərinin 6 milyard 773 milyon manatı və yaxud 46,5 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Qeyd edilib ki, növbəti ildə dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,1 faiz səviyyəsində olacaq. Qeyri-hökumət təşkilatlarına və kütləvi informasiya vasitələrinə dövlət dəstəyi olaraq maliyyə yardımı üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş səviyyədə, yəni, 10,6 milyon manat səviyyəsində vəsait proqnozlaşdırılıb. Sosial ipotekanın tətbiqinin genişləndirilməsi məqsədilə növbəti il İpoteka Fondu üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Samir Şərifov diqqətə çatdırıb ki, əvvəlki illərin büdcəsindən öz yığcamlığı, prioritetliyi və ünvanlığı ilə fərqlənən 2016-cı ilin dövlət büdcəsinin xərcləri ölkəmizin mövcud iqtisadi reallıqlarına söykənməklə Prezidentin müəyyən etdiyi sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsinə, qarşıda duran bütün sosial proqramların və dövlət vəzifələrinin yerinə yetirilməsinə maliyyə təminatını yaradır.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info