“The Weekly Standard”: “Amerikansayağı dünya nizamı başa çatır”
Tarix: 08.10.2015 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


“Əgər Amerika dövlət katibi məlum hava hücumundan sonra
Rusiya xarici işlər naziri ilə birgə mətbuat konfransı keçirirsə,
deməli, yeni dünya nizamı yaranır”


BMT Baş Assambleyasının son toplantısında prezident Barak Obama belə bir bəyanatla çıxış etdi ki, ABŞ-ın bu təşkilatda bir çox ölkələrlə, o cümlədən keçmiş rəqibləri ilə münasibətlər qurması əsasən Üçüncü Dünya müharibəsinin qarşısını almağa hesablanıb.
“The Weekly Standard” nəşri yazır ki, görünür, amerikalı prezident bunları bəyan edərkən, onun uğursuz tədbirlər planını- Ağ Evin İranla alternativ müharibə planı hesabına özünün dünyada potensial nüvə hakimliyini sübut etmək istəyini nəzərə almayıb: “Belə görünür ki, indi artıq “Pax Americana” (“amerikansayağı dünya nizamı”) dövrü başa çatmaqdadır. Ötən həftə Suriya müxalifətinin mövqelərinə Rusiya hava qüvvələrinin hücumu artıq başqa bir mərhələnin başlandığını göstərdi. Əgər Amerikanın dövlət katibi məlum hava hücumundan sonra Rusiyanın xarici işlər naziri ilə birgə mətbuat konfransı keçirirsə, artıq biz yeni soyuq müharibənin bərpa ola bilməyəcəyinin şahidi olduq. Əksinə, biz tezliklə dünya nizamının şahidi olacağıq. Çox güman ki, yeni dünya nizamı ABŞ-ın maraqları istisna olmaqla, digər ölkələr tərəfindən hazırlanacaq. Yeni dünya nizamının beşiyi, təbii ki, BMT-nin konfrans zalları deyil, Suriyadakı qırğın yerləri olacaq. Suriyada dörd il yarımdan artıq davam edən vətəndaş müharibəsi Amerika maraqlarının iki əsas sahəsi olan Fars körfəzi və Avropa üçün təhdidlər yaradır. Soyuq müharibə dövründə Amerikanın firavan həyatı iki okean arasında yaratdığı ticarət qabiliyyəti ilə bağlı olsa da, bu ölkə güclü okean donanması və müxtəlif dövlətlərin ərazisində hərbi bazalar yaratmışdı. ABŞ bununla müttəfiqlərini müdafiə və ümumi düşmənə qarşı mübarizədə həmrəyliyini nümayiş etdirməyə cəhd edirdi. Qeyd edilməlidir ki, 70 il ərzində Fars körfəzi ABŞ-ın əsas maraq dairəsində olub. Lakin İranla əldə edilən nüvə sazişindən sonra artıq Obamanın bütün bunlara fərqli vəziyyətdən baxdığı görünür. Obamanın fikrincə, İranın Fars körfəzindəki hökmranlığı və regiondakı digər dövlətlərin də nüvə silahı əldə edə bilməsi artıq Amerika Birləşmiş Ştatlarının əsas maraqları üçün o qədər də təhdidli deyil. ABŞ-ın bu bölgədəki birgə kompleks tədbirlər planı köhnə ittifaq sisteminin sona çatdığından xəbər verir. Bu isə ABŞ-ı bu bölgədəki ən yaxın müttəfiqləri olan İsrail və Səudiyyə Ərəbistanı arxa plana keçirməyə sövq edir. Görünür, bu bölgədə əsas söz sahibi İran olacaq. Bunu Obama da “New Yorker” nəşrinə verdiyi müsahibədə “Yeni geosiyasi balansa” can atdığını deməklə etiraf etməli olub. Təsadüfi deyil ki, Vladimir Putin Obamanın hərəkətlərinə şübhəli ritorika nümayiş etdirir. O, vaxtilə Gürcüstana hücum etməklə NATO-nun da “kağız pələng”dən başqa bir şey olmadığını nümayiş etdirmişdi”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info