“Ermənistanı işğala son qoymağa məcbur etməyin vaxtı çatıb”
Tarix: 08.10.2015 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Yaxın Şərq, Avroasiya və keçmiş SSRİ üzrə siyasi ekspert Castin Amler “The Daily Caller” nəşrində Azərbaycanla bağlı maraqlı bir məqalə ilə çıxış edib. “Gün.Az” xəbər verir ki, məqalə müəllifi Azərbaycanın Ermənistanla münaqişəyə cəlb olunmasında yazaraq qeyd edib ki, Murovdağın ətəyində ərazi var ki, onun uğrunda çoxlarının eşitmədiyi müharibə 40 min insanın ölümünə və 1 milyona yaxın insanın məcburi köçkünə çevrilməsinə səbəb olub.
“Bura Dağlıq Qarabağdır və keçmiş SSRİ-nin respublikalarından biri olan Azərbaycanın ərazisindədir. Dağlıq Qarabağ BMT, ABŞ, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb, amma 20 ildən çoxdur Ermənistan tərəfindən işğal altında saxlanılır”, - müəllif yazır. C.Amler qeyd edib ki, Dağlıq Qarabağdan başqa, Azərbaycanın 7 rayonu da işğal edilib. Müəllif, məsələnin hüquqi tərəfinə toxunaraq, vurğulayıb ki, az müddət əvvəl Avropa insan haqları məhkəməsinin qərarı da ərazinin Azərbaycana aid olduğunu təsdiq etsə də, Ermənistan qeyri-qanuni olaraq bu torpaqları işğal altında saxlayır. Azərbaycanın təbii sərvətlərinə toxunan C.Amber bildirir ki, Rusiya və İran ərazisindən yan keçməklə tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri uzunluğuna görə yalnız ABŞ-ın Alyaskadakı kəmərindən geri qalır və Rusiya, İran xətlərinə alternativ olaraq Qərbi neftlə təhciz edir. O cümlədən İsrailin neft ehtiyaclarının 40%-ni ödəyir. Hazırda Qərb tərəfdaşları ilə birlikdə qaz marşrutları da tikilir ki, bunlar da Rusiya və İrandan yan keçərək, Avropanı rəsmi Moskvadan olan qaz asılılığından azad edir. Ərazi iddialarına görə bütün bu kəmərlər Ermənistandan yan keçir ki, bu da həmin ölkənin iqtisadi cəhətdən geri qalmasına səbəb olur və hazırda çox kasıb bir ölkəyə çevrilməsinə səbəb olub. Müəllif daha sonra yazır ki, Ermənistan və Azərbaycan iki fərqli ölkələrdir. “SSRİ dağılan kimi Ermənistan özünün gələcəyini Rusiya ilə bağladı və faktiki olaraq onun vassalına çevrilib. Ermənistan NATO-ya özünü rəqib elan edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Həmçinin Ermənistan keçmiş SSRİ respublikaları arasında Avroasiya Gömrük İttifaqına qoşulmaq haqqında ilkin qərar verənlərdən oldu. Ermənistan Rusiya ilə olduğu kimi, İranla da sıx əlaqələr qurub. Ondan fərqli olaraq Azərbaycan Qərbə sıx inteqrasiya edib. Azərbaycan Qərb və ABŞ-la münasibətlərin qurulması istiqamətində, o cümlədən İsraillə münasibətlər baxımından iş aparıb. Azərbaycanda yəhudi vətəndaşlara münasibət çox yaxşıdır və bu ölkədə antisemitizm, islam ekstremizmi ilə mübarizə aparırlar. Bütün bunlar Azərbaycan əhalisinin əksəriyyətinin İslam dininə mənsub olması fonundadır. Azərbaycanda demokratik prinsiplər qurulur. Bu ölkənin Qərbin tərəfində olması Qərbin xeyrinə olardı. Bu həm strateji maraqlar, həm də proqressiv, demokratik dəyərlər baxımından xeyirli olardı. Son nəticədə bütün münaqişələrdə olduğu kimi, burada da insanlar öz torpaqlarında yaşamaq haqqını tələb edirlər. Hazırda Dağlıq Qarabağ bütün Ermənistan olduğu kimi monoetnik bir yerdir. ABŞ və Minsk qrupunun digər ölkələrin siyasi və maliyyə rıçaqlarından istifadə edərək Ermənistanı Azərbaycanın torpaqlarının işğalına son qoymasına məcbur etmək vaxtı çatıb.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26.06.2019
Azərbaycan çox güclü və nizam-intizamlı bir orduya malikdir
25.06.2019
Azərbaycanın yerləşdiyi bölgədə müxtəlif dövlətlərin maraqları toqquşur
25.06.2019
Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25.06.2019
Кризис одного туристического направления рождает возможности для другого

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info