Tatarıstanda Azərbaycanın şirə istehsalı zavodunun təməli qoyulub
Tarix: 08.10.2015 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Dünən Tatarıstan Respublikasının Laişevski bələdiyyə rayonunda şirə istehsalı zavodunun və logistika mərkəzinin tikintisi üzrə investisiya layihəsinin həyata keçirilməsinin başlanmasına həsr edilmiş təntənəli mərasim keçirilib.
Obyektin tikinti meydançası Sokura kəndinin yaxınlığında yerləşir. Layihənin investoru qismində Azərbaycanın “Benkons Group” şirkəti çıxış edir. “Tatar-inform” agentliyi xəbər verir ki, investisiya layihəsinin həyata keçirilməsinin başlanmasına həsr edilmiş tədbirdə Tatarıstan Prezidenti Rüstəm Minnixanov iştirak edib. Mərasimdə çıxış edən Prezident Minnixanov deyib: “Bu, yetərincə iri layihədir, respublikada indiyə qədər bu cür layihə olmayıb. Zavod həm Tatarıstan bazarı, həm də yaxınlıqdakı regionların bazarları üçün nəzərdə tutulub. Mən investorlara təşəkkür etmək istərdim. Bu qərarı Azərbaycandan olan həmkarlarımız qəbul edib, onlar həmin qərarı hərtərəfli təkmilləşdiriblər, yaxın vaxtlarda bu layihəyə təqribən 4 milyard sərmayə qoyulacaq. Müəssisə ildə 50 min tondan çox şirə istehsal edəcək. Ən başlıcası, bizim istehsalçılar üçün də bazar yaranacaq. Onlar bu zavodu xammal ilə təchiz edə biləcəklər. Xammalın bir hissəsini yerli təchizatçılardan, qalan hissəsini kənardan alacaqlar. Fikrimcə, bu hələ başlanğıcdır. Gələcəkdə biz bu istehsalatların genişləndirilməsini planlaşdıracağıq”. “Benkons Group” şirkətinin kommersiya direktoru Elin Zalov bu hadisəni həmin şirkətlə Tatarıstan Respublikasının İnvestisiya İnkişaf Agentliyi arasında səmərəli əməkdaşlığın nəticəsi adlandırıb. Təntənəli tədbir gələcək zavodun təməlinə xatirə kapsulu qoyulması ilə başa çatıb. Elin Zalov jurnalistlərin suallarını cavablandıraraq qeyd edib ki, Azərbaycan şirkəti Tatarıstanda tikilən gələcək zavodun məhsullarını həm Rusiya bazarına, həm də Çinin və bəzi başqa Avropa ölkələrinin bazarlarına çıxarmağı planlaşdırır. Gələcək zavodun və logistika mərkəzinin işçilərinin sayının 250 nəfər olması nəzərdə tutulur. Gözlənildiyinə görə, müəssisə 2017-ci ilin əvvəlində işə başlayacaq. “Benkons Group” şirkəti Tatarıstanda 75 hektar torpaq sahəsi alıb. Bu sahənin 12 hektarı həmin layihənin həyata keçirilməsi üçün istifadə ediləcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info