Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şəmkir hərbi birliyində olub
Tarix: 08.10.2015 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Şəmkir hərbi birliyində olublar.Müdafiə Nazirliyindən verilən məlumata görə, fəxri qonağın təntənəli qarşılanma mərasimi zamanı orkestr Türkiyənin istiqlal marşını və Azərbaycanın dövlət himnini ifa edib.
Sonra Şəmkir birliyindəki hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Türkiyəli general qərargahda Heydər Əliyev guşəsi ilə tanış olub, şərəf kitabını imzalayıb. Qonağa birliyin yaradılması tarixi, fəaliyyəti, tərkibi, hərbi hissənin döyüş hazırlığı, təminatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraiti və son dövrlərdə görülən işlər barədə məlumat verilib.
Hərbi hissənin ərazisini gəzən qonaq əsgər yataqxanalarında, tibb mərkəzində, yeməkxanada, hamam-camaşırxana kompleksində də olub və şəxsi heyət üçün burada yaradılan şəraitdən məmnun qalıb.
Sonda nümayəndə heyəti səfər proqramının mədəni-kütləvi hissəsinə uyğun olaraq Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzini, dahi Nizaminin məqbərəsini, Nuru Paşanın bayrağı tapılan evi və Türkiyənin Baş Konsulluğunu ziyarət edib.
Nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info