Səfir: “İkili standartlar və səthi yanaşmalar regionun inkişafına mənfi təsir göstərir”
Tarix: 08.10.2015 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


ABŞ paytaxtının əsas diplomatik nəşri olan “The Washington Diplomat” qəzeti tərəfindən Vaşinqtonda Azərbaycana həsr olunmuş seminar keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı məlumata görə, səfir Elin Süleymanovla açıq müsahibə formatında keçirilən tədbirdə Vaşinqtonun siyasi, diplomatik və biznes dairələrinin çoxsaylı nümayəndələri iştirak edib. Qəzetin aparıcı jurnalisti olan Lari Luksnerin suallarına cavab verərək səfir Azərbaycanın müstəqilliyinin yenidən bərpa edilməsindən sonra Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində gözəçarpan inkişaf yolu qət etdiyini bildirib, ölkənin nailiyyətlərindən söz açıb.
“The Washington Diplomat” qəzetinin bu yeni təşəbbüsünün ilk tədbiri məhz Azərbaycana həsr olunub.
Növbəti gün səfir Süleymanov Merilend ştatının paytaxtı olan Annapolis şəhərinin Beynəlxalq Klubunun yüzdən artıq üzvü qarşısında çıxış edib.
Hər iki tədbirdə, diplomat Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti kimi irimiqyaslı layihələrin uğurla həyata keçirildiyinin yalnız Azərbaycan deyil, regionun digər ölkələrinin inkişafına da töhfə verdiyini qeyd edib. Ölkənin iqtisadi inkişafından bəhs edən səfir Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik ölkə kimi tanındığını, bununla belə prezidentİlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində əsas prioritetlərdən birinin bu ehtiyatların ixracından əldə edilən gəlirlər əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsinin olduğunu bildirib və həmin siyasətin uğurla həyata keçirildiyini vurğulayıb. Azərbaycanda və ölkənin iştirakı ilə regionda böyük infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qarsdəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. tikintisinin həyata keçirildiyi tədbirlərin iştirakçılarının diqqətinə çatdırılıb.
Eyni zamanda o, Azərbaycanın dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik ölkə kimi tanındığını, burada müsəlman, xristian və yəhudilərin əsrlər boyu tolerantlıq və dostluq şəraitində yaşadıqlarını söyləyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri, o cümlədən münaqişə ilə bağlı BMT TŞ-sı və digər beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra sənədlər barədə geniş məlumat verib. O, münaqişənin həlli barədə suallara cavab verərək bildirib ki, münaqişənin həlli formulu hamıya bəllidir və masa üzərindədir, bu ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılması və oradan qovulmuş bir milyon qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Diplomat qeyd edib ki, beləliklə münaqişənin həlli üçün çatışmayan yeganə amil hazırda yalnız Ermənistan rəhbərliyinin, o cümlədən Ermənistan xalqının gələcəyi və ölkənin inkişafı naminə onun həll edilməsi üçün siyasi iradəsinin olmamasıdır.

Həmçinin, səfir E.Süleymanov 1 noyabr tarixində Azərbaycanda keçiriləcək parlament seçkiləri barədə danışıb və bildirib ki, seçkilərlə bağlı Milli Məclisdə nəzərdə tutulan 125 deputat yerinə 1000-ə yaxın nümayəndənin namizədliyi irəli sürülüb və hər bir namizədin seçki kampaniyası üçün müvafiq şərait yaradılıb, o cümlədən ictimai mediada təmənnasız efir vaxtı ayrılıb. Həmçinin bu seçkilərin şəffaf və demokratik şəraitdə keçirilməsinin təmin edilməsi üçün ölkədə lazımi tədbirlər görülməkdədir. Regionda və dünyada baş verən hadisələrdən suallara cavab verən diplomat qeyri-sabitlik, aqressiv separatçılıq və ekstremist hərəkatlar tərəfindən mövcud olan təhlükəni vurğulayıb. Dünyada dəyişən mühitdə ABŞ tərəfindən daha strateji və praqmatik yanaşmanın vacibliyini vurğulayan səfir, ABŞ tərəfdaş dövlətləri, o cümlədən Azərbaycanla daha aydın, obyektiv və konstruktiv siyasətin aparılmasının əhəmiyyətini bildirib. Bu kontekstdə o qeyd edib ki, ikili standartlar və səthi yanaşmalar regionun inkişafına mənfi təsir göstərir.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz
22.10.2020
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib
22.10.2020
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
22.10.2020
Prezident: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
22.10.2020
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
2 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
3 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
4 Narşərab salatı
5 Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info