Ağ Ev nümayəndəsi Rusiya ilə qarşıdurma təhlükəsindən danışdı
Tarix: 08.10.2015 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


“Rusiya ilə qarşıdurma təhlükəsi ABŞ-ın hazırda Suriyada uçuşsuz zona yaratmaq məsələsinə baxmamasının əsas səbəblərindən biridir”. “RİA Novosti”nin verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest deyib.
O bildirib ki, ABŞ-ın bir sıra bəzi müttəfiqləri, o cümlədən Türkiyə uçuşsuz zonanın Türkiyə sərhədi boyunca, əsasən də Suriyanın şimal və şimal-şərq ərazilərində yaradılmasını təklif edib: “Bəziləri isə belə bir zonanın ölkənin qərbində Əsəd qüvvələri ilə müxalif qüvvələrin müharibə apardığı ərazidə yaradılmasını təklif edirlər. Bu zonanın hansı formada yaradılması barədə suala gəldikdə, əgər bu, Dəməşq yaxınlığında, İdlib vilayətinə yaxın zonada olsa, Rusiya ilə qarşıdurma ilə nəticələnə bilər. Rusiya təyyarələrinin uçduğu ərazidə qadağan olunmuş zona yaratmağa cəhd etmək münaqişəyə səbəb ola bilər”.
Ağ ev rəsmisi həmçinin qeyd edib ki, bu addım ciddi resurslar, xüsusilə çoxsaylı hərbi təyyarələr, hərbi heyət, texniki işçi, axtarış-xilasetmə briqadası tələb edir.
Bundan başqa, o bildirib ki, ABŞ Müdafiə Nazirliyi daha əvvəl Suriyada qabaqcıl müdafiə sistemlərinin mövcudluğu barədə xəbərdarlıq edib: “Ona görə də bu ölkədə uçuş üçün qadağan olunmuş zonaların yaradılması belə sistemlərlə qarşılaşma təhlükəsini ortaya qoyacaq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info