“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Braziliyada
Tarix: 08.10.2015 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Azərbaycanın Braziliyadakı səfirliyində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı keçirilib.
Səfirlikdən verilən məlumata görə, tədbirin əvvəlində çıxış edən Azərbaycanın Braziliyada səfiri Elnur Sultanov qeyd edib ki, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub və filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görəHeydər Əliyev Fonduna dərin təşəkkürünü ifadə edib.

Səfir E.Sultanov vurğulayıb ki, çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filminin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxsaylı sənədlər araşdırılıb və filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır. Filmin aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, etnik təmizləmə, qaçqın böhranı və digər neqativ halların davam etdiyini qeyd edərək ölkəmizin 20 faiz torpaqlarının Ermənistan tərəfindən iyirmi ildən artıq işğal olduğunu qonaqların diqqətinə çatdırıb. O, filmin sülh, ədalət və təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riayət edilməsi üçün güclü ismarıc göndərdiyini vurğulayıb

Sənədli film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb və filmin Braziliyada gələcəkdə nümayiş etdirilməsi məqsədilə təkliflər irəli sürülüb. Tədbirdə Braziliya rəsmiləri, Braziliyada akkreditə olunan diplomatik missiyalarının rəhbərləri, akademik dairələrin nümayəndələri, yerli ictimaiyyət, eləcə də Braziliyada işçi səfərdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Elmi-tədqiqat İnstitutunun direktoru Mehman Axundov və Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib. Tədbirin sonunda qonaqlara ziyafət verilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info