“Kütləvi çıxarış” kampaniyası Siyəzəndə
Tarix: 08.10.2015 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən artıq 1 ilə yaxındır ki, davam etdirilən “kütləvi çıxarış” kampaniyası 7 oktyabr tarixində Siyəzən rayonunda keçirilib.
“Kütləvi çıxarış” kampaniyasının başlıca məqsədi vətəndaşın xidmətə çatması deyil, xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir. Qeydiyyat xidmətlərini bilavasitə yerlərdə və ünvanlarda “bir pəncərə” prinsipi əsasında əhaliyə təqdim etməklə vətəndaşların kampaniyadan geniş faydalanmasına nail olmaqdır.
Qeyd edək ki, kampaniya çərçivəsində komitənin yenicə tətbiqinə başladığı “bir pəncərə” prinsipi ətraflı izah olunub. Bildirilib ki, artıq torpaq sahələrinin və daşınmaz əmlakların qeydiyyatı yalnız bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində aparılır. Kadastr sənədləri, texniki inventarlaşdırma, plan-ölçü sənədlərinin əldə olunması üçün əlavə qurumlara müraciətlər və vaxt itkisi tamamilə aradan qaldırılıb.
Siyəzən rayonunda kampaniya zamanı 250-ə yaxın sakinə daşınmaz əmlakın və torpaqların qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Belə ki, 150-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib, 100-dən çox vətəndaşdan daşınmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib.
Kampaniya çərçivəsində Siyəzən rayonunun bir sıra ahıl və fiziki məhdudiyyətli vətəndaşları birbaşa öz evlərindəcə qeydiyyat xidmətlərindən faydalanıblar.
Kampaniyadan yararlanan vətəndaşlar qeydiyyatda “bir pəncərə” sistemindən, əlavə vaxt itkisinin aradan qalxmasından, rahat, çevik və əlverişli xidmətlərdən razılıqlarını bildiriblər.
Bir ilə yaxındır davam edən sosial kampaniya çərçivəsində ümumilikdə 4900-dən çox vətəndaşa xidmət göstərilib. Bu rəqəm onun göstəricisidir ki, vətəndaşların daşınmaz əmlakın qeydiyyatına marağı sürətlə yüksəlməkdədir. Qeydiyyata alınmış daşınmaz əmlakın etibarlı və hüquqi təminatlı olması barədə ictimai fikir daha da kütləviləşir.
Xatırladaq ki, “Kütləvi çıxarış” kampaniyasında da “bir pəncərə” prinsipi tətbiq olunur. Belə ki, vətəndaşlar bir ünvanda sənədlərini təqdim edir, çıxarışlarını əldə edir, kadastr, texniki və ya torpağa dair digər sənədlərin alınması üçün başqa qurumlara müraciət etmirlər.
Qeyd edək ki, kampaniya ilə paralel olaraq komitənin mobil ofis xidmətləri də fəaliyyətini davam etdirir. Bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən mobil ofis xidmətinin aylıq qrafiki yerləşdirilir. Vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info