“NATO Türkiyə də daxil olmaqla, özünün bütün müttəfiqlərini qorumağa hazırdır”
Tarix: 08.10.2015 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


NATO-nun baş katibi Yens Stoltenberq ittifaqın Türkiyəni cənubdan (Suriya istiqaməti) gələn təhlükələrdən qorumaq üçün bu ölkəyə hərbi qüvvə göndərməyə hazır olduğunu bəyan edib.
Bu barədə “Reuters” məlumat yayıb. “NATOTürkiyə də daxil olmaqla, özünün bütün müttəfiqlərini qorumağa hazırdır və buna qadirdir”, - deyə Y. Stoltenberq bildirib. O, Rusiyanın Suriyada həyata keçirdiyi bombardmanların narahatlığa əsas yaratdığını söyləyib. Baş katib qeyd edib ki, NATO özünün müxtəlif nöqtələrə hərbi qüvvə göndərmək imkanını və qabiliyyətini artıq nümayiş etdirib: “Bu, cənub istiqamətinə, o cümlədən Türkiyəyə də aiddir, təbii ki, ehtiyac yaranarsa”.
Xatırladaq ki, oktyabrın 3-4-də Türkiyə hava məkanının Rusiya hərbi təyyarələri tərəfindən pozulması faktları ilə əlaqədar NATO fövqəladə toplantı keçirib və Rusiyanın ünvanına sərt bəyanat qəbul olunub
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22.03.2019
Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info