“Müasir Azərbaycan dilinin intensivlik qrammatikası”
Tarix: 08.10.2015 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda müasir linqvistik tədqiqatlar genişlənməkdədir. İnstitutun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov tərəfindən ilk dəfə olaraq «Müasir Azərbaycan dilinin intensivlik qrammatikası» adlı əsər yazılıb. Bu qrammatika adi, normativ qrammatikalardan fərqlənir. Əsərin ayrı- ayrı bölmələrində intensivlik kateqoriyasının mahiyyəti, məzmunu, semantikası açılır, onun dilin qrammatik quruluşunda yeri və mövqeyi açıqlanır, intensivliyin ifadə imkanları və səviyyələri (morfoloji səviyyədə və sintaktik səviyyədə) müəyyənləşdirilir. Burada qrammatik göstəricilərin ekspressiv kəmiyyətinin dərəcələri faktları şərh edilir. Həmin qrammatika qrammatik quruluşun ekspressiv sintaksislə, emosional mətnlərlə, nitq predmetinin qiymətləndirmə faktorları ilə, qraduallıq və kəmiyyət artımı dərəcələri ilə bağlı məsələləri üzə çıxarır. Əsərdə intensivliyin ümumi prinsipləri nitqin funksional sferasında gerçəkləşir. Həmin sferada müqayisə dərəcələri formal göstəricilər kimi çıxış edir. Adektiv və adverbial vahidlər qarşı-qarşıya gəlir, bir-birinə təsir göstərirlər. Bu təsir nəticəsində meydanda olan morfemlərin xarakteristikası üçün «kəsişmə zonaları» yaranır. Bu zonalarda qrammatik intensivlik şkalaları görünür. «Kəsişmə zonaları» aşağıdakı binar keyfiyyətdə qruplaşır: 1) intensivlik və uzunluq; 2) intensivlik və proseslik (hadisələrin gedişi, inkişafı), 3) intensivlik və qətedicilik, yəni tamamlayıcılıq, son, nəticə; 4) intensivlik və ekspressivlik. Bu «kəsişmə zonaları» dilin ümumi qrammatik prinsiplərinə əsaslanır.
Qrammatikanın çapı nəzərdə tutulub.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info