İranlı qonaqlar Naxçıvanın sənaye və mədəniyyət müəssisələrində olublar
Tarix: 08.10.2015 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbağinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ikigünlük səfəri çərçivəsində muxtar respublikanın sənaye və mədəniyyət müəssisələri ilə tanış olub.
Qonaqlar əvvəlcə Naxçıvan Sement Zavoduna gəliblər. Məlumat verilib ki, bu müəssisə 2011-ci ildən fəaliyyət göstərir. Gündəlik istehsal gücü 1200 ton olan zavodda müasir texnologiya əsasında ən yeni avadanlıqlar quraşdırılıb. Yerli xammal hesabına işləyən Naxçıvan Sement Zavodunda 250 nəfər işlə təmin edilib.
Qeyd edilib ki, zavodda yeni texnoloji avadanlıqlar tətbiq olunduğundan burada çalışan mühəndis-texniki işçilərin əksəriyyəti də bu sahə üzrə məzun olmuş ali təhsilli gənclərdir. Yüksək temperatur, təzyiq şəraitində həyata keçirilən istehsal prosesinə nəzarət üçün Yaponiyadan alınmış avadanlıqdan istifadə olunur. Almaniyadan alınıb gətirilmiş qaz analizatoru avadanlığı vasitəsilə istehsal prosesində təbii qaza tam avtomatik nəzarət etməklə təhlükəsizlik təmin olunur və enerjiyə qənaət edilir. Naxçıvan sementi ən yüksək texniki göstərici olan 42,5 indeksli marka ilə istehsal olunur və satış üçün Bakı şəhərinə, habelə Gürcüstana göndərilir.
Naxçıvan Avtomobil Zavodu ilə tanışlıq zamanı isə bildirilib ki, bu müəssisədə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Zavodda həm mexaniki, həm də avtomatik ötürücü sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir.
“Gəmiqaya Mineral Sular”, “Gəmiqaya Mebel Fabriki”, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətləri, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının plastik məmulatlar, çay və tütün məhsulları istehsalı müəssisələrində də iranlı qonaqlara bu müəssisələrin istehsal gücü, istehsal olunan məhsulların çeşidi və ixrac imkanları haqda ətraflı məlumat verilib.
Qonaqlar Naxçıvan Beynəlxalq Hava Limanında, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində, Xalça Muzeyində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Came məscidində olub, Heydər Əliyev Sarayında təşkil edilmiş “Muxtar respublika qadınları müstəqillik illərində” adlı sərgiyə baxıblar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info