Gənclər Təşkilatlarının II Milli Konqresi keçiriləcək
Tarix: 08.10.2015 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Bakıda respublikanın bütün gənclər təşkilatlarının iştirakı ilə Gənclər Təşkilatlarının II Milli Konqresi təşkil olunacaq. Bu barədə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından məlumat verilib.
Tədbir ARGTMŞ-nin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. Konqresdə dövlət rəsmiləri, beynəlxalq gənclər platformalarının və ölkənin dövlət qeydiyyatına alınmış bütün gənclər təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Konqres ölkədəki bütün gənclər təşkilatlarını əlaqələndirmək, onlara yeni tərəfdaşlıq əlaqələri qurmağa imkan yaratmaq, gənclərlə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarəedilməsi sahəsində yeni mexanizimlərin yaradılmasını təmin etmək məqsədi ilə həyata keçirilir.
Tədbir zamanı gənclər təşkilatlarının fəaliyyəti ilə bağlı dövlət rəsmiləri, beynəlxalq gənclər platformalarının nümayəndələrinin çıxışları dinləniləcək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, "Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına prioritetləri əsasında panel müzakirələri həyata keçiriləcək.
Tədbirdə iştirak üçün gənclər təşkilatlarının müraciətləri onlayn qeydiyyat vasitəsi ilə qəbul olunacaq. Tədbir haqqında ətraflı məlumat almaq istəyənlər suallarını congress@nayora.az e-mail ünvanına göndərə bilərlər.
Qeyd edək ki, Gənclər Təşkilatlarının Milli Konqresinin təşkil olunması ilə bağlı təşəbbüs ilk dəfə 2012-ci ilin noyabr ayında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib. Sonra 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatlarının I Milli Konqresi təşkil olunub. Konqresdə 200-dən çox gənclər təşkilatının nümayəndələri, dövlət rəsmiləri, beynəlxalq qurumlar və mətbuat orqanlarının nümayəndələri iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info