“Kempinski The Spa” xüsusi üzvlük endirimlərini təqdim edir
Tarix: 08.10.2015 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


“Kempinski Hotel Badamdar” otelinin “Kempinski The Spa” Bakı şəhərinin ən böyük və çox xidmətli Spa mərkəzlərindən biridir.“Kempinski The Spa” qonaqların gözəllik, sağlamlıq və idman tələblərini doğrultmaq üçün bənzərsiz şərait yaradır. Burada böyük qapalı və açıq hovuz, ən müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes zalı, sauna, hamam və buxar otaqları qonaqların istifadəsindədir. Spa-da yerli və xarici peşəkar əməkdaşlar qonaqlara xidmət göstərir. “Kempinski The Spa” xüsusi üzvlük endirimlərini təqdim edir.
Bu fürsətdən həftə içi, saat 09.00- 17.00-dək istifadə edib, bəylər üçün - 30%, xanımlar üçün isə özəl olaraq - 50% endirim əldə edə bilərsiniz! “Kempinski The Spa” yeni mövsüm üçün xüsusi üzvlük təkliflərini və əlavə olaraq yoqa və zumba dərslərini təqdim edir. Sizə uyğun olan fitness üzvlük növünü seçin və dərslərimizdən bonus şəkilində faydalanın.
Siz həmçinin yalnız yoqa və zumba dərslərinə üzvlük əldə edə bilərsiniz.
Badamdar 1, M. Müşfiq küçəsində yerləşən “Kempinski Hotel Badamdar” otelinə
+994 12 538 90 90 telefon nömrəsinə zəng edərək, geniş məlumat almaq mümkündür.
Kempinski Hotel Badamdar haqqında:
Kempinski şəhər otellərinin sürətlə inkişaf edən portfelinin parlaq nümunəsi olan, Kempinski Hotel Badamdar 2011-ci ilin sentyabr ayında açılmışdır. Şəhər daxilində yerləşən bu otel işgüzar və istirahət məqsədli turistlər və ailələr üçün yüksək səviyyəli imkanlar təklif edir. Otelin imkanlarına ustalıqla hazırlanmış 280 otaq və lüks otaqlar, 38 tam təchiz olunmuş və xidmət göstərilən mənzil, 36 tam təchiz olunmuş ofis, 19 görüş otağı, ziyafət və auditoriya zalları, iki restoran və iki bar, eləcə də tennis kortu və basketbol meydançası, əyləncə mərkəzi və aquapark daxildir.

Kempinski haqqında:
1897-ci ildə əsası qoyulmuş Kempinski Otelləri Avropanın ən qədim lüks otellər qrupudur. Kempinski-nin qüsursuz xidmət və yüksək qonaqpərvərlik üzrə zəngin irsi otellərinin ekskluzivliyi və fərdiliyi ilə tamamlanır. Hazırda Kempinski dünyanın 29 ölkəsində 75 beş ulduzlu oteldən ibarət portfelə malikdir və bu silsiləyə Avropa, Yaxın Şərq, Afrika və Asiyada yeni mehmanxanalar əlavə etməkdə davam edir. Onların hər biri öz irsinə tamamilə sadiq qalaraq Kempinski brendinin gücünü və uğurunu əks etdirir. Kempinski-nin portfelinə tarixi rəmzi tikililər, mükafata layiq görülmüş şəhər otelləri, məşhur komplekslər və nüfuzlu rezidensiyalar daxildir. Onların hər biri qonaqların Kempinski-dən gözlədiyi keyfiyyəti, eyni zamanda yerli mədəni ənənələrlə vəhdəti təlqin edir. Kempinski müstəqil otellərin ən böyük ittifaqı olan Qlobal Otel Aliansının (GHA) təsisçi üzvüdür.
Rezervasiya və ya əlavə məlumat üçün veb-sayta daxil olun:
www.kempinski.com/baku • www.globalhotelalliance.com


Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info