Azərbaycan diaspor liderlərini erməni diaspor fəalları öldürübmüş
Tarix: 08.10.2015 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevi, bir müddət əvvəl itkin düşmüş, sonradan isə öldürüldüyü məlum olan digər diaspor fəalı Təbriz Ələkbərovun ermənilər tərəfindən qətlə yetirildiyi məlum olub.
Həmin şəxslər milis tərəfindən saxlanılıb. Saxlanılanlar digər azərbaycanlı iş adamı Vüqar Nuruşovun da işgəncə ilə öldürülməsində şübhəli bilinirlər.
V. Nuruşovun qardaşı, vilayət Azərbaycanlıları Konqresinin üzvü İlqar Nuruşov bildirib ki, Xerson milisi tərəfindən saxlanılan ermənilər Ermənistan vətəndaşı, 1974-cü il təvəllüdlü Karapetyan Sergey Razmikoviç, digəri isə Ukrayna vətəndaşı Montiyan Xaçik Stepanoviçdir.
V. Nuruşovun sözlərinə görə, Xerson milisindən hadisə ilə bağlı erməni millətindən olan daha bir neçə şəxsin axtarışının davam etidiyni bildiriblər: "Milisdən dedilər ki, tutulan ermənilər İlham Tağıyevi sifarişlə öldürdüklərini etiraf etsələr də, sifarişçinin adını hələlik istintaqa açıqlamayıblar. Qardaşımı öldürdüklərini isə boyunlarına alıblar. Guya qətl mübahisə zəminində baş verib. Amma yalan deyirlər, izi azdırmaq istəyirlər. Çünki Xersonda hamıya məlumdur ki, qardaşımla istefada olan general, erməni iş adamı Luqasyan arasında etnik zəmində ədavət olub və həmin şəxs qardaşımı hədələyib. Tutulan bu ermənilər də həmin erməni iş adamına bağlıdırlar. Bu bağlılığı istintaq zamanı özləri də gizlətməyiblər”.
İ. Nuruşov onu da əlavə edib ki, tutulan ermənilərin Ukraynada erməni diasporunun fəallarından olduqları bildirilir.
Qeyd edək ki, bu ilin avqust 17-də Xerson vilayəti Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev evinin qarşısında döyülərək qətlə yetirilib. Bundan bir müddət əvvəl isə digər azərbaycanlı iş adamı Vüqar Nuruşov döyülərək öldürülüb, onun meyiti işgəncə nəticəsində tanınmaz hala düşüb.
Luqanskdan Xersona köçmüş, biznesini və diaspor fəaliyyətini burada bərpa etmək istəyən 1986-cı il təvəllüdlü, əslən Masallı rayonundan olan Ələkbərov Təbriz Cəsur oğlu isə iyulun 13-də Xerson vilayətinin Skadovsk rayonunda yoxa çıxmışdı. Az sonra onun da meyiti tapılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info