Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan dilində imla yazılacaq
Tarix: 08.10.2015 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan dilində imla yazılacaq. RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev bildirib ki, maarifləndirmə aksiyası oktyabrın 18-də qeyd edilən Azərbaycanın Müstəqillik Gününə həsr olunub. Aksiyada Azərbaycan diasporunun üzvləri, rusiyalılar, o cümlədən Azərbaycan dilini öyrənən tələbələr iştirak edə bilərlər. Aksiya rusdilli mühitdə Azərbaycan dilini dəstəkləmək, öyrənmək, qoruyub saxlamaq və təbliğ etmək məqsədi daşıyır.
Azərbaycan dilində imla oktyabrın 17-də Moskva Dövlət Dilçilik Universitetinin (MDDU) binasında yazılacaq. Universitetin rektoru İrina Xaleyeva bu təşəbbüsü gözəl qarşılayıb. O, tədbirdə şəxsən iştirak edəcəyinə və iştirakçıları dəstəkləyəcəyinə söz verib. Qeyd edək ki, akademik İ.Xaleyeva Azərbaycana böyük hörmətlə yanaşır. Onun dəstəyi ilə universitetdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb.
Təşkilatçılar bildirirlər ki, artıq müxtəlif millətlərdən olan 50-dən çox adam Azərbaycan dili biliklərini yoxlamaq arzusunda olduğunu bildirib. Birinci, ikinci və üçüncü yerləri tutan ən savadlı iştirakçılara RAGB-ın pul mükafatları təqdim ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info