Mübariz Qurbanlı Təyyar Altıkulacı qəbul edib
Tarix: 08.10.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Oktyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyənin keçmiş Dəyanət İşləri başqanı Təyyar Altıkulacı qəbul edib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonaqları salamlayaraq qardaş ölkənin nümayəndələri ilə görüşdən məmnun olduğunu bildirib. O, ölkəmizin xarici siyasətində Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edərək, bütün sahələrdə olduğu kimi din sahəsində də əlaqələrin yüksək səviyyədə davam etdiyini qeyd edib. Söhbət zamanı Azərbaycanla din sahəsində münasibətlərin qurulmasında Təyyar Altıkulacın böyük xidmətlərinin olduğu xüsusi qeyd olunub.
Görüş zamanı Təyyar Altıkulac Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışıb. Dövlətimizin başçısının din sahəsində həyata keçirdiyi siyasəti müsbət qiymətləndirən Təyyar Altıkulac Azərbaycanın yüksək səviyyəli tolerantlıq mühiti ilə seçildiyini bildirib. Qonaq bildirib ki, Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması təqdirəlayiqdir.
Görüşdə eyni zamanda dini radikalizm və ekstremizmə qarşı mübarizə məqsədilə Türkiyə və Azərbaycan mütəxəssislərinin iştirakı ilə birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin ölkəmizdəki səfirliyinin din xidmətləri müşaviri Kamil Günəş və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info