Şimal rayonlarında səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək
Tarix: 08.10.2015 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti davam etdirilir. Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada oktyabrın 13-də saat 9.00-dan 18.00-dək ƏƏSMN-nin Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Quba və Qusar rayonlarının, oktyabrın 14-də saat 9.00-dan 18.00-dək nazirliyin Xaçmaz rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında həmin rayonun müvafiq təbəqədən olan sakinlərinə protez-ortopedik bərpa xidməti göstərəcək. Oktyabrın 15-də saat 9.00-dan 13.00-dək nazirliyin Şabran rayon ƏSMM-nin inzibati binasında Şabran rayonunda yaşayan, saat 14.00-dan 18.00-dək isə Siyəzən rayon ƏSMM-nin inzibati binasında bu rayonda və Xızı rayonunda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar protez-ortopedik bərpa xidməti ilə təmin olunacaqlar. Həmin şəxslərin ehtiyaclarına uyğun olaraq müxtəlif protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.
Qeyd olunan səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq əmrinə əsasən yaradılıb. Təkcə bu ilin 9 ayında respublikamızın bütün bölgələrində səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirilməklə ümumilikdə 1464 nəfərə müvafiq xidmətlər göstərilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
18.04.2019
Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır
17.04.2019
“Express Bank“ işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info