“Reuters”: “Neftin dünya bazarında qiymət artımı uzunmüddətli ola bilər”
Tarix: 08.10.2015 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


“Gələn il neft son altı ildəki ən yüksək tələbat səviyyəsinə çatacaq”

ABŞ-ın energetik informasiyalar İdarəsi hesab edir ki, neftin dünya bazarında qiymət artımı uzunmüddətli ola bilər. Analitiklər təxmin edirlər ki, gələn il neft, özünün əvvəlki yüksək tendensiyasına qayıda bilər. Onlar belə təxmin edirlər ki, gələn il neft, son altı ildəki ən yüksək tələbat səviyyəsinə çatacaq: “Amma OPEK ölkələri çətin ki neft hasilatını önəmli dərəcədə artıra bilsinlər”.

“Rusiyanın Suriyada hərbi kampaniyası neftin qiymət artımına səbəb ola bilər”

Adıçəkilən ABŞ qurumuna istinad edən “Reuters” hesab edir ki, neftin qiymət artımı neftə olan tələbatın artmasına görə baş verəcək. Belə bir halda, “qara qızıl” hasilatı 2016-cı ildə sutkada 95,2 milyon barreldən az olmamalıdır. Analitiklər belə hesab edirlər. OPEK xaricində neft hasilatının artımı demək olar ki dayanıb. Səudiyyə Ərəbistanının strategiyası uğurlu olub. Bu strategiya heç vaxt bir neçə aya və ya rübə hesablanmayıb, bir neçə ilə hesablanıb və indi nəticələr görünməkdədir”. Bəzi ekspertlər hesab edirlər ki, Rusiyanın Suriyada hərbi kampaniyası neftin qiymət artımına səbəb ola bilər: “Bu amil ABŞ energetik informasiyalar İdarəsinin proqnozunda göstərilməyən ölkələrdə də neft hasilatının artmasına səbəb ola bilər. Regionda baş verən gərginlik isə Suriya müxalifətini dəstəkləyən Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinə maliyyə təzyiqi göstərir.
Belə bir şərait isə ona gətirə bilər ki, Səudiyyə Ərəbistanı neft hasilatını azalda, bu isə öz növbəsində, neftin qiymət artımına gətirə bilər”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Kabildә güclü partlayış törәdilib
26.04.2019
Cәnubi Afrikada daşqınlar 70 nәfәrin hәyatına son qoyub
25.04.2019
Kim Çen In Putinə qılınc hədiyyə etdi
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info