Uilyam Qortni: “Rusiyanın qanadlı raketləri ABŞ üçün böyük təhlükə yaradır»
Tarix: 08.10.2015 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


“Rusiyanın Xəzər Donanmasının gəmiləri yüksək dəqiqlikli silahlardan istifadə etməklə “İŞİD”-in Suriyadakı obyektlərini atəşə tutub” . “RİA Novosti”nin bu məlumatı bir çox dövlətin hərbi mütəxəssisləri arasında da böyük rezonans doğurub. Belə ki, bu olayla əlaqədər ilk çağırış ABŞ-dan gəlib: “Rusiyanın yeni qanadlı raketləri ABŞ-ın müdafiəsi üçün “çox böyük problemlər” yarada bilər. Bu raketlər Rusiyanı hava məkanından istifadə etmədən belə, Şimali Amerika hədəflərini vurmağa imkan verir»- deyə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının rəhbəri admiral Uilyam Qortni bildirib.
Onun sözlərinə görə, Rusiyanın uzunmənzilli aviasiyası Sovetlər dövrünün silahları ilə müqayisədə keyfiyyətcə daha da mükəmməlidir. Rusiya raketlərini tutmaq, Sovetin strateji bombardmançı təyyarələrini tutmaqla müqayisədə oldqca çətindir: «Bu qanadlı raketlər çox effektlidir və ona qarşı müdafiə tətbiq etmək çox çətindir. Düşünürəm ki, bu NORAD (Amerika Birləşmiş Ştatları və Kanadadanın vahid aerokosmik müdafiə sistemi) üçün də böyük problemlər yaradır»-deyə, bir vaxtlar ABŞ-ın döyüş təyyarələri daşıyıcılarının pilotu olmuş admiral Qortni bildirib.
Vaşinqtonda yerləşən Atlantika Şurasındakı çıxışı zamanı da Qortni Rusiyanın uzunmənzilli sualtı və yerüstü qanadlı raketlərnin təhlükəsi barədə çağırış edib. O, 57 ildən bəri müdafiə sistemi ilə məşğul olan NORAD üçün də böyük problemlər yarandığını bəyan edib.
Rusiyanın yeni doktrina ilə çıxış etdiyini nəzərə çatdıran amrikalı admiral bir daha əlavə edib ki, hazırda Rusiya Sovetlər dövründəki məbləğdən də az yararlanmaqla, keyfiyyətcə daha yaxşı güc nümayiş etdirir: «Rusların təkmilləşdirilmiş yeni raketləri çox dəqiqliklə böyük radiusları vurmaq qabiliyyətinə malikdir. Onların uzunmənzilli aviasiya raketləri indi Rusiya hava məkanını tərk etmədən belə Kanada və ABŞ-ın mühüm infrastrukturlarına zərbə endirə bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info