“Maliyyəsiz diaspor qanadsız quşa bənzəyir”
Tarix: 08.10.2015 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Ramiz Əmirli: “Lobbiçiliyi səfirliklərlə sıx əməkdaşlıq etmədən gücləndirmək mümkün deyil”

Müsahibimiz Ramiz Əmirli 1984- cü ildən Macarıstanda yaşayır. İki oğlu var. Böyük oğlu Rüstəmin 25 yaşı var, şairdir və iki seir kitabı çapdan çıxıb. 23 yaşlı kiçik oğlu Davud isə Budapeşt Universitetində mühəndislik ixtisası üzrə təhsil alır. Ramiz Əmirli özü isə “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri olaraq aktiv diaspor üzvlərindəndir.
-Vətəndən uzaqda yaşamaqla nəyi itirib və nəyi qazanıbsız?
- Öncə, bütün millətimizi, eləcə də dost-tanışları salamlayıram. “Vətəndən uzaqda yaşamaqla nəyi itirib, nəyi qazanmışam” sualı çox çətin bir sualdır, amma buna səmimi cavab verəcəm. Bunun həm üstünlükləri, həm də üstün olmayan tərəfləri var. Artıq, zaman min illərlə bundan öncəki zaman deyil. Bəşər övladı ücün Yer kürəsinin hər bir guşəsi elə onun üçün də vətən ola bilər. Bunu ona heç kim qadağan edə bilməz. Yetər ki, kimsə bunu istəsin. Qazandıqlarım ancaq və ancaq yaxşı dostlardır. Demək olar ki, bütün millətlərdən dost- tanışlarım var. Macarların bir sözü var, deyirlər ki, ən varlı insan yaxşı dostu olan insanlardır. Bəlkə də, burada bir həqiqət var. Mənim Macarıstanda çox yaxşı dostlarım var. Onlar da mənimlə bərabər Azərbaycan üçün əllərindən gələni ediblər. 1994- cü ilin dekabrın sonunda keçirilən “Budapeşt” sammitinə mərhum Prezidentimiz Heydər Əliyev də dəvətli idi. Bundan istifadə edərək o zaman macar dövlət xadimləri və biznesmenləri ilə cənab Prezidentimizin görüşlərini təşkil etmişdik. Sonra da Heydər Əliyev cənablarının təklifi əsasında ATƏT-in sədri seçilən Macarıstanın xarici işlər naziri Kovacs Laszlonun Azərbaycana səfərinə nail olmuşduq. O zamanlar ücün bu, heç də az bir şey deyildi. Hətta 1996- ci ildə Rumıniyada “Buxarest” sammiti ərəfəsində mərhum Prezidentimiz Heydər Əliyevlə təkrar görüşümüz zamanı gələcəkdə Macarıstanda və qonşu Avropa ölkələrində lobbimizi qurmaq və qüvvətləndirmək barədə ulu öndərimizdən bəzi təkliflər də almışdıq. O zamanlar hələ ölkəmiz çox ağır bir şəraitdə idi. Sabitlik belə yox idi. Prezidentimizin təklifini nəzərə alaraq Macarıstandan Azərbaycana 775.000 ABŞ dolları dəyərində ərzaq məhsulları göndərmişdik.
Vətəndən uzaqda yaşamağın yeganə çətinliyi istər- istəməz dünyaya göz açdığın doğma el-oba, qohum-əqrəba üçün darıxmağındır. Cənnət belə, olsa, heç bir qərib ölkə vətənin yerini verə bilməz. Vətəni heç nə ilə əvəzləmək olmaz.
Üstünlüyü isə ondadır ki, qərib bir ölkədə öz millətini təmsil edirsən. Çalışırsan ki, sənin də millətini burada tanısınlar, onun mədəniyyətini, kimliyini və varlığını burada da hiss etsinlər. Kimliyindən asılı olmayaraq vətəndən gələn hər hansı bir soydaşımızın az da olsa, bir yardımçısı olmağın bizdə yaratdığı təəssüratlar elə bizə bəs edir.
- Rəhbərlik etdiyiniz təşkilat Macarıstanda soydaşlarımızı bir araya toplaya bilibmi?
-Mənim rəhbərlik etdiyim “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyəti 2011- ci ildən fəaliyyət göstərir. Həmişə çalışmışıq ki, vətənimizi, hökumətimizi layiqincə təmsil edək. Ölkəmiz haqqında kitablar çap etdirib burada pulsuz paylamışıq. Azərbaycanda baş tutan “Avroviziya” və ilk Avropa Oyunlarından öncə onların təbliğatları ilə məşğul olmuşuq. Əlbəttə ki, bütün bunları imkanımız çərçivəsində etmişik. Çox sağ olsun, bütün səfirlik işcilərimiz və eləcə də səfirimiz Pr. Vilayət Quliyev, onlar həmişə burada yaşayan bütün azərbaycanlılara ən yüksək səviyyədə lazımi köməklikləri göstərirlər. Səfirimiz Vilayət müəllim isə çox gözəl bir şəxsiyyətdir; həm dilçi, həm tarixçi, həm alim. Bu insa,n mən deyərdim ki, bütün qabiliyyətlərə malikdir. Əsl səfir məhz belə olmalıdır. Səfir ölkəsini hərtərəfli təmsil etməyi bacarmalıdır.
Bütün tətbirlərimiz səfirliyimizlə həmişə birgə həyata keçirilir. Hamımızın bir amalı var: xalqımıza, hökumətimizə birgə xidmət etmək. Biz azərilər Macarıstanda, onsuz da bir o qədər çox deyilik, amma lazım olanda lazımi yerdə lazımi sözümüzü çatdırmaq qüvvəsinə malikik.
-Bu gün vacib məqamlardan biri də diasporun siyasiləşməsidir. Macarıstandakı diasporumuzun bu baxımdan hansı aktivliyi var?
-Bu gün diaspor üzvlərinin fəaliyyət göstərdikləri ölkələrin aparıcı dövlət xadimlərilə sıx təmasda olmaları daha vacibdir. Diasporun həmin ölkənin aktivləri ilə olan əlaqələri indi çox şeyi dəyişə bilir. Fikir verin, erməni və yaxud israillilərin dünya səviyyəsində təsir qüvvələrinə! Onlar uzun illərdir bu işin təməlini qoyublar, indi də səmərəsini görürlər. Çox sevindirici haldır ki, son zamanlar Prezident İlham Əliyevin və qardaş dövlətimiz Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk- azəri lobbilərinin birgə fəaliyyəti haqqında səsləndirdikləri fikirlər və verdikləri qərarlar bizləri çox ruhlandırır. Artıq, hamılıqla bilirik ki, bütün türkdilli dövlətlərin lobbiləri xaricdə birləşib birgə fəaliyyət göstərməliyik. Onda daha çox nəticələr əldə edərik. Son zamanlar Macarıstanda bu ideyaya bütün türkdilli dövlətlərin nümayəndələri qoşulublar; qazaxlar, türkmənlər, tatarlar və sairə.
Biz sayca az da olsaq, Macarıstanda istənilən səviyyədə çox gözəl əlaqələrimiz var. Elə götürək iki ölkə arasında son zamanlar hərtərəfli əlaqələri. Hər iki dövlət başçılarının qarşılıqlı olaraq bir- birilərinin ölkəsinə səfərləri; həm rəsmi, həm də qeyri-rəsmi. İki macar şəhəri olan Gyöngyöş və Tisavaşvar şəhərlərindən biri Şuşa, digəri isə Ağdam şəhəri ilə qardaşlaşmış şəhərlər olublar. Təbii ki, bütün bu gözəl əlaqələrin yaranması üçün uzun illər lazım gəlib. Yuxarıda qeyd etdiyim kimi, ulu öndərimizin təklifi əsasında 1994- cü ildən biz buna start vermişik.
-Azərbaycanın xaricdə lobbiçiliyini necə gücləndrimək olar?
-Avropadakı lobbimizin zəifliyinin səbəbi hamımıza aydındır, məncə. Hamı bilir ki, çətinliyimiz ancaq və ancaq maddi çatışmazlığımızdır! Mən istərdim ki, lobbiyə köməkliyi bütün ölkələrdə məhz həmin ölkədə fəaliyyət göstərən səfirliklərimizə versinlər. Lobbiçiliyi, onsuz da səfirliklərlə sıx əməkdaşlıq etmədən gücləndirmək mümkün deyil. Səfir orada yaşayan soydaşlarımızın hamısını yaxından tanıyacaq və onlarla birgə uğurlu addımlar atmağın yollarını birgə axtarıb tapacaqlar. Həm də orada uzun müddət yaşayan soydaşlarımız da lazımi köməklikləri səfirliyimizə göstərəcək. Birgə olaraq da aktivliyimizi daha da qaldırarıq.
- Deyirsiz ki, lobbiçilik üçün maliyyə lazımdır. Bu işə təkcə maliyyə yetərmi? Bəs, diasporun birliyi, həmrəyliyi əsas deyilmi?
- Əlbəttə ki, diasporun birliyi gözəl olardı. Niyə də birləşməyək. Amma bütün bunların arxasında təmiz niyyət və vətənə sevgi dayanmalıdır. Mən deyərdim Macarıstandakı diasporumuz heç də zəif deyil. Amma daha da qüvvətli olmaq lazımdır! Maliyyə çətinliklərimiz var, mən deyərdim, özü də çox. Mən indi durub onları sadalamayacağam. Onları düzəltmək lazımdır, sadalamaq yox. Yenə deyirəm, lazım olanda haradasa sözümüzü deyə bilirik. Adicə bir misal çəkim sizə. Zabitimiz Ramil Səfərova Budapestdə məhbus həyatı keçirərkən həmişə mənəvi və lazım olanda maddi dayaq olurduq. Qərib bir yerdə həbsxanada olmaq heç kimə qismət olmasın. Onunla mütəmadi olaraq telefon əlaqələrim var idi. Lazımi şeyləri ona çatdırırdım, hətta ona həbsxanada kompüter də təşkil etmişdik, cünki o, tərcümələr edirdi. O kompüteri Ramil özü ilə vətənə apardı, hələ də yadigar olaraq saxlayır.
Hamı bilir ki, indi dünyada çox işləri görməyə qadir diasporlar var. Bütün bu işlərin arxasında düşünülmüş siyasət və həm də böyük maddiyyat durur. Avropada da Azərbaycan diasporunu mərkəzləşdirmək olar. Buyursunlar etsinlər, buna ən çox sevinən elə biz olacağıq. Avropa ölkəsinin hansısa birində lobbi mərkəzimizi yaratsınlar, bizlər də onlara yardımçı olaq. Düşünülmüş proqramlar çərçivəsində də hərəkətimizi birgə olaraq edək. İnanın ki, onda daha çox nailiyyətlərə imza atarıq. Yoxsa heç kimdən heç bir maliyyə yardımı almamaqla lobbi qurmaq olarmı? Təbii ki, olmaz. Burada yenə təkrarlayıram, bu işi ancaq və ancaq səfirliklərə həvalə etmək lazımdır. Səfir təyin edə bilər ki, həmin ölkədə millətini ən yaxşı kim təmsil edə bilər və ən fəalı kimdir! Maliyyəsiz diaspor qanadsız bir quşa bənzəyir. Onu tutmağa nə var ki, axı o uça bilmir. Buna bir misal da cəkə bilərəm. Macarların belə bir atalar sözü var: “İt hürər, amma pul danışar”! Məncə, mənasını açıqlamağa ehtiyac belə, yoxdur, hər şey aydındır. Pul varsa, nəinki Macarıstanda, istəyirsən gedib onun bütün ərtaf ölkələrində də öz aktivliyimizi göstərək.
-Müsahib olduğunuz ücün təşəkkürlərimizi bildiririk.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info