“Türkiyə ilə olan ikitərəfli münasibətlərimizi yüksək qiymətləndiririk”
Tarix: 09.10.2015 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


“Rusiya prezident cənab Ərdoğanın fikirləri ilə artıq tanışdır. Biz ənənəvi olaraq Türkiyə Respublikası ilə olan ikitərəfli münasibətlərimizi yüksək qiymətləndiririk. Ümid edirik ki, bu münasibətlər prezident Putin və Ərdoğan tərəfindən müəyyənləşdirilmiş planlar üzrə inkişaf etməyə davam edəcək". Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır və hər iki xalqın maraqlarına cavab verir. D. Peskov qeyd edib ki, Suriyada hərbi əməliyyatlar həm də Türkiyə sərhədlərində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin təmin edə bilmədiyi təhlükəsizliyin təmin edilməsinə yönəlib: “Rusiya Federasiyasının Suriyadakı fəaliyyətlərinə gəldikdə, burada əsas məqsəd Suriya Ərəb Respublikasının ərazi bütövlüyü və siyasi bütövlüyünün qorunması, habelə Türkiyə Respublikasının sərhədlərinə qədər olan regionda stabillik və təhlükəsizliyin təmin edilməsidir”. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya qazının alınmasından imtina edə biləcəklərini və Akkuyu AES-in tikintisinin başqalarına həvalə edilə biləcəyini bəyan edib.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info