Amerikalı konqresmen: «Xocalı ermənilər tərəfindən azərbaycanlıların kütləvi surətdə qətlə yetirildiyi yerdir»
Tarix: 08.02.2013 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


“Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir və azərbaycanlılar bu faciənin ildönümünü qeyd edərkən həmkarlarımı mənimlə birlikdə onlarla yanaşı dayanmağa çağırıram”. Bu sözləri ABŞ Nümayəndələr Palatasının Pensilvaniyadan olan üzvü Bill Şuster Konqresin iclasında Xocalı soyqırımı ilə bağlı çıxış edərkən bildirib. Bu il müasir Azərbaycan tarixinin ən böyük faciəsi olan Xocalı soyqırımından 21 il ötdüyünü bildirən Bill Şuster Nümayəndələr Palatasının üzvlərinə faciə ilə bağlı ətraflı məlumat verib:

«Bu ay biz həmin fəlakətli və ürəkağrıdıcı günün 21-ci ildönümünü qeyd edəcəyik. Təəssüf ki, bu gün Xocalı soyqırımına Azərbaycanın hüdudlarından kənarda, demək olar ki, heç bir diqqət yetirilmir. Bununla belə, seçkili rəsmilər kimi, bizim ən güclü cəhətlərimizdən biri az tanınan və tanıdılması zərurət doğuran həqiqətləri işıqlandırmaq imkanımızın mövcud olmasıdır. Azərbaycanın dostu kimi, həmkarlarıma xatırlatmaq istərdim ki, biz Xocalıda baş vermiş faciəni heç vaxt unutmamalıyıq. O zaman Xocalı faciəsi «Boston Globe», «Washington Post», «New York Times», «Financial Times» və bir sıra Avropa və Rusiya xəbər agentlikləri də daxil olmaqla, beynəlxalq mətbuat orqanlarında geniş şəkildə işıqlandırılıb». Nümayəndələr Palatasının Pensilvaniyadan olan üzvü çıxışında, həmçinin qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Xocalı şəhəri etnik azərbaycanlıların kütləvi surətdə ən çox qətlə yetirildikləri bir yerdir: “Əhalisinin sayı təxminən 7 min nəfərdən ibarət olan Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ən iri şəhər tipli yaşayış məskənlərindən biri idi. «Human Rights Watch» təşkilatı və digər beynəlxalq müşahidəçilərin verdikləri məlumata görə, bu soyqırımı etnik erməni silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi ilə həyata keçirilib. «Human Rights Watch» təşkilatı Xocalı soyqırımını Dağlıq Qarabağ münaqişəsi zamanı indiyədək baş vermiş ən böyük soyqırımı kimi təsvir edib. 1993-cü il hesabatında bir müşahidəçi qrupu bildirib ki, erməni qüvvələri soyqırımından sonra ərazidə nəzarəti ələ keçirdiklərinə görə qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının sayı barədə dəqiq məlumatlar yoxdur və ümumən, 200 nəfər azərbaycanlının qətlə yetirilməsi geniş miqyasda qəbul edilsə də, əslində, 500-1 000 nəfərə yaxın insan həlak olub. Azərbaycan ABŞ-ın güclü strateji tərəfdaşı və dostu olub. Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir və azərbaycanlılar bu faciənin ildönümünü qeyd edərkən həmkarlarımı mənimlə birlikdə onlarla yanaşı dayanmağa çağırıram».




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info