Tehran Rusiya raketlərinin İrana düşməsi xəbərini təsdiqləməyib
Tarix: 09.10.2015 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Rəsmi Tehran Xəzər dənizi akvatoriyasından “İŞİD”in Suriyadakı mövqelərinə atılan Rusiya raketlərinin İrana düşməsi barədə xəbərlərə dair hər-hansı məlumata malik olmadığını bildirib.
Bu barədə “RİA Novosti” İranın Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Rusiya raketlərinin İrana düşməsinə dair bizdə heç bir məlumat yoxdur”, deyə nazirlikdən bildirilib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov CNN telekanalının Rusiya raketlərinin İrana düşməsi barədə yaydığı xəbəri təkzib edib. “CNN-dən fərqli olaraq biz anonim mənbələrə istinadən məlumat vermirik, biz real vaxt rejimində raketlərin buraxılışını və onların hədəfləri necə vurduğunu göstəririk”, deyə Konaşenkov bildirib.
Pentaqon da, öz növbəsində, Rusiya raketlərinin İrana düşməsi xəbərini təsdiqləməyib.
Qeyd edək ki, CNN Xəzər dənizi akvatoriyasından “İŞİD”in Suriyadakı mövqelərinə atılan Rusiya raketlərindən dördünün İrana düşməsi barədə xəbər yayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info