Naxçıvan yapon şəhəri ilə əlaqələr yaradır
Tarix: 09.10.2015 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Yaponiyanın Okinava prefekturasının Miyakocima şəhəri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının mərkəzi olan Naxçıvan şəhəri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlıdır.
Bu fikri “Cross-border Club”un rəhbəri, “World Inverstors TV” televiziyasının prodüseri Kazuyasu İşida ilə görüşündə Miyakocima şəhərinin meri Şimogi Toşihiko bildirib. AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Ağayev bildirir ki,Okinava prefekturasına səfəri çərçivəsində Miyakocima şəhərinin rəhbərləri ilə görüşən K.İşida müəllifi olduğu “Yaponların tanımadığı sürətlə inkişaf edən ölkə - Azərbaycan” kitabını Ş.Toşihikoya təqdim edib. O bildirib ki, bu kitab Yaponiyada son illər sürətli inkişafı ilə dünyanın diqqətini özünə cəlb edən Azərbaycan haqqında dərc edilmiş ilk bələdçi nəşrdir. Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri, paytaxt Bakını Dubayla müqayisə edən K.İşida son illər ölkəmizin böyük uğurlara imza atdığını, mühüm beynəlxalq tədbirlərin, mədəni müsabiqələrin və idman yarışlarının təşkil edildiyi mərkəzə çevrildiyini qeyd edib. O, Azərbaycan-Yaponiya əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini, iki ölkə arasında rəsmi səfərlərlə yanaşı, turizm səfərlərinin də xeyli artdığını vurğulayıb. Bu münasibətlərin qardaşlaşmış şəhərlər səviyyəsinə çatdığını, Şizuoka prefekturasının İto şəhəri ilə İsmayıllı rayonu arasında imzalanmış dostluq mübadiləsi haqqında Sazişə əsasən iki xalq arasında əlaqələrin daha da intensivləşdiyini bildirib. Qeyd edib ki, təbii və tarixi göstəriciləri ilə yanaşı, coğrafi mövqeyi ilə də Miyakocimaya çox bənzəyən Naxçıvan şəhəri ilə bu yapon şəhəri arasında əməkdaşlıq əlaqələrinin yaradılması hər iki tərəf üçün faydalı ola bilər.
“Cross-border Club”un rəhbərliyinin təşəbbüsünü müsbət qarşılayan Şimoci Toşihiko vurğulayıb ki, Miyakocima şəhəri Azərbaycanın Naxçıvan şəhəri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlıdır. Azərbaycanın sürətli inkişafı haqqında kifayət qədər məlumatlı olduqlarını bildirən mer qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını, iki xalq arasında dostluq əlaqələrinin inkişafına mühüm təsir göstərəcəyini deyib.
Görüş haqqında məlumat verən K.İşida bildirib ki, dəfələrlə səfər etdiyi Azərbaycanı çox sevir və bu ölkənin Yaponiya ilə əlaqələrinin inkişafına çalışır. Bu məqsədlə də ildə iki dəfə rəhbərlik etdiyi “Cross-border Club”un xətti ilə yapon iş adamlarının Azərbaycana işgüzar səfərlərini təşkil edir. K.İşida vurğulayıb ki, Yaponiya və Azərbaycan şəhərləri arasında əməkdaşlıq əlaqələrinin yaranması Azərbaycanı Yaponiyada, Gündoğar ölkəni isə Odlar Yurdunda daha yaxşı tanıtmağa imkan yaradar.
K.İşidanın Miyakocima şəhər rəhbərliyi ilə görüşü barədə Okinava televiziyasının “Xəbərlər” proqramında süjet nümayiş olunub və “Miyako Mainiçi” qəzetində məqalə dərc edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info