“Beynəlxalq sərgidə Dağlıq Qarabağdakı qondarma rejimin guşə yaratmasının qarşısı alınıb“
Tarix: 09.10.2015 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


“İtaliyanın Rimini şəhərində keçirilən beynəlxalq turizm sərgisində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansı bir formada ayrıca guşə ilə iştirak etməsinin qarşısını almaq üçün ölkəmizin İtaliyadakı Səfirliyi tərəfindən əvvəlcədən zəruri tədbirlər görülüb”.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bütün imkanlardan məhrum olan Ermənistan tərəfi sərgidə ölkəsinə aid olan guşədə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə bağlı bir sıra broşurlar nümayiş etdirməklə kifayətlənib: “Səfirlik Ermənistanın turizm sərgisini siyasi təxribat obyektinə çevirmək məqsədi daşıyan bu kimi cəhdlərinin də qarşısının alınması istiqamətində İtaliyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı qismində çıxış edən şirkətlərlə təmaslarını davam etdirir. Ermənistanın beynəlxalq turizm sərgisini belə siyasi təxribat obyektinə çevirməsi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimi təbliğ etməsi və hətta bu əraziləri Ermənistan ərazisi kimi təqdim etməsi cəhdləri bir daha onu göstərir ki, rəsmi Yerevanın danışıqlarda iştirakı yalnız imitasiyadır, Ermənistanın əsl məqsədi işğal və təcavüzə əsaslanan mövcud status-kvonu saxlamaq, işğal edilmiş əraziləri ilhaq etmək və bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə maneə olmaqdır”.
Qeyd edək ki, oktyabrın 8-də başlayan sərgi ayın 10-da başa çatacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info