İ.Həbibbəyli: “2016-cı ildə elm xərclərinin 0,8 faiz artması müsbət haldır”
Tarix: 09.10.2015 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


“Qərb ölkələrində və ümumiyyətlə, dünyada gedən kəskin dəyişmələrin, neft gəlirlərinin bu qədər azalması şəraitində ölkəmizin 2016-cı il üçün dövlət büdcəsini təqdim edildiyi səviyyədə qoruyub saxlaya bilmək, formalaşdırmağa nail olmaq Prezident İlham Əliyevin illərdən bəri iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı məqsədyönlü siyasətin, həyata keçirdiyi islahatların qanunauyğun məntiqi nəticəsidir”. Bu sözləri Milli Məclisin deputatı İsa Həbibbəyli Milli Məclisin Elm və Təhsil, Mədəniyyət, Regional Məsələlər, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2016-cı ili üçün Dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib. İsa Həbibbəyli eyni zamanda 2016-cı ildə elm xərclərinin ölkə üzrə 0,8 faiz artdığını da müsbət hal kimi qiymətləndirib. Azərbaycan Milli Elmlər Akademiyasına 2016-cı il üçün maliyyə vəsaitinin sabit saxlanıldığı qeyd olunub. Millət vəkili dünya iqtisadiyyatında gedən ciddi geriləmələr şəraitində bunun başa düşülən olduğunu qeyd edib: “Biz bu il mövcud büdcə vəsaitindən qənaətlə istifadə etməklə daha çox iş görməyi planlaşdırırıq”.
Bununla belə, millət vəkili İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış xərc maddələrinin bəzilərində yerdəyişmələr etmək təklifi ilə çıxış edib.
Millət vəkili İsa Həbibbəyli Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsini dayanıqlı, tarazlaşdırılmış və optimizmə meyilli büdcə layihəsi adlandırıb.

Nigar































































 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib
24.05.2019
“Yevlax şəhidləri şəhid övladlarının gözü ilə“ adlı tədbirlərin keçirilməsi” layihəsinin təqdimatı keçirilib
24.05.2019
Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info