ATGTİ nümayəndələri MDB ölkələri tələbə liderlərinin sammitində iştirak ediblər
Tarix: 09.10.2015 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


2015-2016-cı illərdə MDB ölkələrinin humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planının 3.17 bəndinə, eləcə də Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin tələbə təşəbbüslərinin dəstəklənməsi üzrə tədbirlər planına uyğun olaraq 04 – 07 oktyabr 2015-ci il tarixlərində MDB ölkələrinin tələbə liderlərinin sammiti keçirilib.
Tədbir "Beynəlxalq Gənclər Mərkəzi" və S.A.Yesenin adına Ryazan Dövlət Universitetinin dəstəyi ilə təşkil olunub. Sammitdə 10 MDB ölkəsinin tələbə-gənc liderləri iştirak edərək öz ölkələrini təmsil ediblər. Sammitin məqsədi MDB ölkələrinin tələbə və gənc liderlərinin sosial cəhətdən əhəmiyyətli olan fəaliyyətinin inkişafı, həmçinin öz ölkələrinin milli maraqlarını müdafiə etmək və təqdimat bacarıqlarının inkişaf etdirilməsi idi.
Sammitdə Ryazan şəhərinin rəsmi nümayəndələri ilə iştirakçılar arasında görüşlər keçirilib.
Ölkəmizi bu tədbirdə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nicat Kərimov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin TGT sədri Rafael Şıxəmmədov, Milli Aviasiya Akademiyasının TGT sədri Fidan Səmədzadə təmsil ediblər.
Ölkəmizi təmsil edən nümayəndə heyəti “Dövlət gənclər siyasətinin əsas istiqamətləri və bu siyasətin həyata keçirilməsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) rolu” mövzusunda çıxış etməklə yanaşı, təcrübə mübadiləsi ilə bağlı müxtəlif müzakirələrdə də iştirak edib.
Qeyd edək ki, sammitin sonunda hər bir ölkənin mədəniyyətinə həsr olunan təqdimat mərasimi və yaradıcılıq gecəsi keçirilib. Gecədə ölkəmizin mədəniyyəti yüksək səviyyədə nümayiş olunub və sammit iştirakçılarına ölkəmizin mədəniyyətini, tarixini əks etdirən simvolik hədiyyələr təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info