ABŞ polisinin güllələdiyi qaradərilinin ailəsinə 6,5 milyon dollar ödəniləcək
Tarix: 09.10.2015 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


ABŞ-ın Cənubi Karolina ştatının Nort-Çarlston şəhərinin rəhbərliyi məhkəmə öncəsi iddiaları nizamlama çərçivəsində ağ dərili polis tərəfindən güllələnən Afrika əsilli amerikalının ailəsinə 6,5 milyon dollar kompensasiya ödəyəcək.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə qərar Nort-Çarlston şəhər şurası tərəfindən qəbul edilib.
Xatırladaq ki, söhbət aprel ayında baş verən və böyük ictimai rezonans doğuran insidentdən gedir. Xəbər verildiyi kimi, Nort-Çarlstonun hüquq mühafizə orqanında işləyən 33 yaşlı Maykl Sleqer avtomobillə hərəkət edən 50 yaşlı qaradərili Uolter Skottu arxa işığındakı nasazlığa görə saxlayıb. Daha sonra onlar arasında münaqışə baş verib və Skott qaçmağa çalışıb. Təsadüfi şahid tərəfindən çəkilən və KİV-lərdə yayımlanan videoda polisin silahsız şəxsə arxadan bir neçə dəfə atəş açdığı aydın görünür.
Hadisə ilə əlaqədar Maykl Sleger polis sıralarından qovulub, daha sonra ona qətllə bağlı ittiham irəli sürülüb. Günahı sübut edilərsə, keçmiş polis əməkdaşı 30 ilədək azadlıqdan məhrum oluna bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info