“Bakcell” Lənkəranda yeni konsept və dizaynda olan Xidmət Mərkəzini istifadəyə verir
Tarix: 09.10.2015 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti ölkədə ən üstün şəbəkəyə malik olmaqla yanaşı, abunəçilərinə göstərdiyi xidmətlərin daim əlçatan olması məqsədilə satış və xidmət mərkəzlərinin şəbəkəsini davamlı şəkildə genişləndirir. Şirkət Lənkəran şəhərində yeni konsept və dizaynda olan Xidmət Mərkəzini istifadəyə verib. H.Aslanov xiyabanı, 6 ünvanında yerləşən Xidmət Mərkəzində “Bakcell” abunəçilərinə tam çeşiddə xidmətlər təqdim olunur. “Ölkədə ən üstün şəbəkəyə malik olan “Bakcell” şirkətinin baza stansiyalarının sayı bütün ölkə ərazisində sürətlə artır. Buna uyğun olaraq biz satış və xidmət mərkəzlərimizin şəbəkəsini də genişləndiririk. “Bakcell”in 2G şəbəkəsi Lənkəran əhalisinin 99%-ni, 3G şəbəkəsi isə 97%-ni əhatə edir. İnternet penetrasiyasi isə 60% ətrafındadır. Bu zonada “Bakcell” abunəçilərinin 42%-nin smartfon istifadəçiləri olduğunu nəzərə alsaq, yüksək sürətli mobil internet faktorunun burada nə qədər önəmli olduğunu görərik. “Bakcell” şirkəti Azərbaycanın cənub bölgəsində öz fəaliyyətini genişləndirmək məqsədilə həm şəbəkəyə, həm də satış və xidmət mərkəzlərinin qurulmasına investisiya yatırmağa davam edir”,- deyə “Bakcell” şirkətinin baş satış direktoru Fedja Hadzic bildirib.
Yeni Xidmət Mərkəzinin açılışı ilə əlaqədar olaraq buradan yeni nömrə əldə edən abunəçilərə əlavə olaraq 30 dəqiqə həcmində danışıq hədiyyəsi təqdim olunacaq. Bu hədiyyə ilə satışa çıxarılan nömrələrin sayı məhduddur.
“Bakcell” şirkəti 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. “Bakcell” Müştəri Xidmətləri Mərkəzləri haqqında məlumat almaq üçün bu linkə daxil olun: http://www.bakcell.com/az/contact-us/customer-care-offices
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info