1,5 milyon manatdan artıq sosial ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Tarix: 09.10.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtlı-vaxtında ödənilməsi istiqamətində tədbirləri gücləndirib. Belə ki, qeyd olunan ödənişlərin gecikdirilməsi halları ilə üzləşdikdə işçilərin məhz DƏMX-ə müraciət etməli olduqları barədə əmək kollektivlərində ardıcıl maarifləndirmə tədbirləri aparılıb və bu da vətəndaşların belə məsələlərlə bağlı məhz Xidmətə müraciət etmələrinə, bu quruma inamlarının artmasına şərait yaradıb.
Cari ilin sentyabr ayında həyata keçirilən nəzarət tədbirləri və vətəndaşların müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində Xidmət ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox, yəni 863001 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin vəsait əsasən gecikdirilmiş əmək haqlarından ibarət olub. Bu sahədə qanunvericiliyin tələblərinin pozulması hallarının daha çox sahibkarlıq subyektlərində baş verdiyi müəyyən edilib və belə hallara yol vermiş işəgötürənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati tədbirlər görülüb.
Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında 1502739 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 3,6 dəfə çoxdur. Ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin 1407267 manatı (93,6 faiz) əmək haqlarından, 82947 manatı (5,5 faiz) işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalanı isə zərərə görə ödənclərdən ibarət olub.
Hesabat dövründə işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 16 nəfərin Xidmət tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması da təmin edilib.


Qorqud













 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info