Yana Toom:” Suriya böhranı ABŞ və Avropa üçün uğursuz oldu”
Tarix: 09.10.2015 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin estoniyalı deputatı Yana Toom «Delfi» portalında ABŞ və Avropa Birliyinin Yaxın Şərq siyasətini kəskin tənqid edib. Onun fikrincə, bu regionda gərgin vəziyyətin yaranmasına səbəb onların apardığı uğursuz siyasət olub. Estoniyalı siyasətçi Rusiyanın bu istiqamətdəki fəaliyyətini yaxşı dəyərləndirir. O, Rusiyanın tətbiq etdiyi strategiyanı bir az gecikmiş olsa da belə, düşünülmüş strategiya kimi səciyyələndirir: «Tanrı hər hansı bir şəxsi cəzalandırmaq istərkən, ilk öncə onun ağlını əlindən alır. Bu qədim atalar sözünü Qərbin Yaxın Şərq siyasətinə də şamil etmək olar. Artıq bu ərazilərdə vəziyyət nəzarətdən çıxıb. Münaqişənin həll edilməsində xüsusi kompleks yaratmaq iddiası ilə çıxış edən ABŞ-ın fəaliyyəti vəziyyəti daha da mürəkkəbləşdirib. Radikal islamçılar ilə oyunlar ABŞ üçün hələ Əfqanıstandakı münaqişələr zamanı imza atdıqları korporativ üsluba çevrilib. ABŞ bütün bu olaylarda «yan kənar oyunçusu» kimi çıxış edərək Liviyanı xaosa qərq etdi, Suriya və İraqda «İŞİD»-in yaranmasına xüsusi «əmək» sərf etdi.
Lakin Yaxın Şərqdəki hadisələrə Putinin müdaxiləsi, artıq onun haqlı olduğunu göstərməkdədir. Qəribəsi odur ki, sadəlövh Avropa hər hansısa bir intibaha ümid edərək bütün baş verənlərdə ABŞ-a dəstək nümayiş etdirirdi. Nəticə isə göz önündədir: Yaxın Şərq regionu yeni orta əsrlər dövrünə batırılır»-deyə, Toom bildirib.
Estoniyalı deputata görə, hər bir ağıllı şəxs bütün bunların səbəb və təsirinin zəncirvari bağlılığın hiss edə bilər. XXI əsrdə insanları toplu halda diri-diri yandırımaq və ya kölə kimi satmaq- bu müasir dünya üçün böyük fəlakətdir. Təbiidir ki, belə yerlərdə normal adamlar batmaq təhlükəsində olan sınıq-salxaq qayıqlara belə əhəmiyyət vermədən qaçmaq məcburiyyətindədirlər. Əgər baş verənlər bütün çılpaqlığı ilə göz önündədirsə, Avropada qaçqın böhranına ekzotik səbəblər axtarmağa nə hacət? Aydın məsələdir ki, hər hansı bir böhranı həll etmək üçün öncə, onun səbəbinə varmaq lazımdır. Səbəbsə məlumdur: Liviyada hakimiyyətin yaranmasına dəstək olmaq, Levantedə baş qaldıran terrorçulara qarşı mübarizə aparmaq... Lakin bunlar nə edir? ABŞ «İslamçı təhlükə» adı altında çoxlarının bir koalisiyada birləşdirdi. Lakin görünən budur ki, bu koalisiya hələ ki, heç bir uğura imza atmayıb. Təbii ki, atmayacaq da. Çünki koalisiyaya üzv olan dövlətlərin hərəsi bir cəbhədə döyüşür: Türkiyə kürd probleminə qarşı, Qərb isə "radikal islamçılar"la mübarizə aparmaqla yanaşı, "yaxşı müxalifətə" dəstək verir. Bütün bunlar Krılovun məşhur təmsilinin qəhrəmanlarını xatırladır.
«Vaxtilə İngiltərənin baş naziri olmuş Uinston Çerçil Hitler ilə müharibədə hətta şeytanla da ittifaq yaratmağa hazır olduğunu bildirmişdi. Bütün bunlara baxmayaraq, ABŞ və onun müttəfiqləri Əsədin diktatorluğunu əsas gətirərək onunla əməkdaşlıq etmək istəmirlər. Rusiya isə Əsədə dəstək nümayiş etdirərək Yaxın Şərqdə güclənir. Şübhə yoxdur ki, hazırda «İŞİD» və «Əl-Qaidə» qüvvələrinə qarşı mübarizə apran qüvvələr uğur qazanacağı təqdirdə bu, Avropaya köç edən qaçqın axınının qarşısını almağa kömək edə bilər. Belə görünür ki, Suriya böhranı Amerika və Avropa siyasətinin çarpıcı uğursuzluğunu ortaya qoydu”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info