N.Məhərrəmli: “Telekanallar uşaq verilişlərinin sayını artırmalıdır“
Tarix: 09.10.2015 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


“Azərbaycanda uşaqlar xarici cizgi filmlərinin ruhunda tərbiyə alır, bu yolverilməzdir”

“Azərbaycanda uşaqlar daha çox xarici ölkələrin istehsalı olan cizgi filmlərinə baxır və həmin ruhda tərbiyə alırlar, nəinki milli ruhda. Bu yolverilməzdir. Ona görə də televiziya kanalları öz proqram siyasətlərində dəyişiklik etməli, uşaqlarla bağlı verilişlərin sayını artırmalıdır”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, son zamanlar bu sahədə müəyyən qədər canlanma var: “Bu ciddi məsələdir. Hazırda Qubada fəaliyyət göstərən “Günəş TV” yalnız uşaqlarla bağlı filmlər, cizgi filmləri göstərir. Biz bunu alqışlayırıq. Əslində o kanalının özünün istiqaməti ümumidir.
Amma biz istərdik ki, Azərbaycan efirində uşaq televiziyası da olsun. Uşaq telekanalının yaradılması çox vacibdir. Amma bu böyük dövlətlər üçün xarakterikdir. Azərbaycan ərazisinə, auditoriyasına görə o qədər də böyük deyil. Hazırda televiziya kanallarının bəziləri uşaq studiyaları açır və cizgi filmləri çəkmək haqda düşünür. Bu sahədə bizim narahatlığımız çoxdur. Ölkə prezidentinə cizgi filmlərinin çəkilişi, cizgi filmlərini çəkməklə bağlı mütəxəssislərin hazırlanmasına görə Mədəniyyət və Turizm Nazirliyinə vəsait ayrılması üçün müraciət etmişdik”.
MTRŞ sədri qeyd edib ki, Azərbaycanda uşaq verilişləri ilə bağlı arxiv bazası yoxdur: “Buna çalışmaq lazımdır. Biz buna doğru gedirik. Məsələn, böyük dövlətlər cizgi filmləri çəkib, onu başqa dövlətlərə sata bilir. Amma bizdə bu gün o imkanlar yoxdur”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info