Aktrisa 40 günlük körpəsini evdə qoyub səhnəyə çıxacaq
Tarix: 10.10.2015 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Sentyabrda ana olan Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Həcər Ağayeva həftə sonu bir neçə aylıq fasilədən sonra səhnəyə çıxacaq. Teatrı, işini sevdiyini deyən aktrisanın uzun müddətli analıq məzuniyyətinə çıxmaq fikri yoxdur.
Teatrdan bildiriblər ki, aktrisa 40 günlük körpəsini yaxınlarına əmanət edərək oktyabrın 11-də Rus Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Büllur Sarayda” pyesi əsasında hazırlanan tamaşada baş rolu canlandıracaq. Azərbaycanın Xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə həyata keçirilib. Qeyd edək ki, tamaşanın premyerası 2014-cü ilin mayında baş tutub. Tamaşa Azərbaycanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunub.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər
04.06.2020
Azərbaycan Mədəniyyət Mərkəzindən erməni tarixini ifşa edən daha bir layihə
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info