Prezident seçkilərini 30 ölkədən jurnalistlər müşahidə edəcəklər
Tarix: 10.10.2015 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


Belarusda prezident seçkilərini 30 ölkədən jurnalistlər müşahidə edəcəklər. Bu barədə Belarus Respublikasının Seçkilər və Referendumların Keçirilməsi üzrə Mərkəzi Komissiyasının “Prezident seçkiləri -2015” informasiya mərkəzinin rəhbəri, informasiya naziri Liliya Ananiç mərkəzin fəaliyyəti barədə brifinqdə məlumat verib.
Seçki kampaniyasını 30 ölkədən 542 jurnalist və Belarus KİV-lərinin 398 nümayəndəsi işıqlandıracaq. Jurnalistlərin çoxu ilkin səsvermə başlayandan seçki məntəqələrində işləyir. İnformasiya mərkəzi oktyabrın 11-də saat 10:00-da açılacaq. Dərhal da seçki komissiyasının sədri Lidiya Yermoşinanın birinci mətbuat konfransı keçiriləcək. Respublika Sarayında hər iki saatdan bir mətbuat konfransları keçiriləcək. Mətbuat konfranslarında vilayət komissiyaları ilə telekörpülər təşkil ediləcək. Elə həmin gün jurnalistlərə tanınmış sosioloqların iştirakı ilə “dəyirmi masa”larda iştirak etmək təklif olunacaq. Oktyabrın 12-də prezident kampaniyasının ilkin yekunlarına dair mətbuat konfransları nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info