Avropa jurnalist təşkilatlarının ümumi toplantısı keçirilib
Tarix: 12.10.2015 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Avropa qitəsinə daxil olan ölkələrdə fəaliyyət göstərən jurnalist təşkilatlarının ümumi toplantısı keçirilib. Serbiyanın paytaxtı Belqrad şəhərində 10-11 oktyabr 2015-ci il tarixlərində keçirilən toplantıya Avropanın 40 ölkəsindən 45 jurnalist təşkilatı qatılıb. Avropa Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə keçirilən toplantıda Azərbaycandan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) iştirak edib.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, Avropanın nüfuzlu media təşkilatları təmsilçilərinin qatıldığı tədbirdə əsas müzakirə mövzusu “Medianın inkişafında jurnalist təşkilatlarının rolu” və “Şərqi Avropada jurnalist təşkilatlarının durumu” olub. Bununla yanaşı, aktuallığı nəzərə alınaraq, “Balkan ölkələrində medanın özəlləşdirilməsi prosesi: problemlər və perespektivlər” mövzusu xüsusi hal kimi müzakirəyə çıxarılıb: “Balkan ölkələrində yeni media qanunvericiliyinə uyğun olaraq, medanın yenidən özəlləşdirilməsi proqramı həyata keçirilir. Burada həm dövlət nəzarətində olan KİV-lər özəlləşdirilir, həm də, özəl media təşkilatlarının statuslarının yeni qanunvericiliyə uyğunlaşdırılması tələbi var. Prosesin gedişində media professionallarını narahat edən məqamlar yaranıb. Beləki, Proqram yüzlərlə jurnalistin iş yerini itirməsi ilə müşaiyət olunur ki, bu zaman iş yerini itirən jurnalistlərin hüquqlarının qorunması mexanizminin hazırlanmaması ciddi problemlər yaradır. Əlavə olaraq, özəlləşdirilən KİV-lərin əksəriyyəti maliyyə qaynaqları şəffaf olmayan qrupların əlinə keçir ki, bu da bölgədə müstəqil media qurumlarının sayının kəskin azalması deməkdir. Avropanın jurnalist təşkilatları bu tendensiyanın genişlənəcəyindən, qısa müddətdə bütün Avropa üçün xarakterik hala çevriləcəyindən narahatdırlar”.
Avropalı ekspertlər qeyd ediblər ki, onsuz da, son illər qitədə media sahibkarlığı məsələsində qeyri şəffaflığın artması, nüfuzlu media qurumlarının qeyri-rəsmi güclərin təsir dairəsinə düşməsi və onların maraqlarının təmsilçisinə çevrilməsi halları genişlənir. Reklam işinin iri korporasiyalar üçün maliyyə maxinasiyası vasitəsinə çevrilməsi isə be tendensiyanı daha da təhlükəli edir.
JuHİ sədri bildirib ki, konfrans iştirakçıları neqativ tentensiyaların qarşısının alınması üçün, jurnalist təşkilatlarının inkişaf etdirilməsinin, media qurumları arasında həmrəyliyin artırılmasının, əlaqələrin gücləndirilməsinin zəruri olduğu fikrini bölüşüblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info