Gənc xanəndə yeni mahnılar üzərində işləyir
Tarix: 08.02.2013 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Gənc xanəndə Bəyimxanım Vəliyeva hazırda 2 yeni mahnı üzərində çalışır. Bunu «SİA»ya açıqlamasında gənc xanəndə özü deyib. Onun sözlərinə görə, hər iki mahnının sözləri Əməkdar jurnalist Sona Vəliyevaya aiddir. O bildirib ki, ən böyük layihə “Bu uçurumdan qayıt” adlanacaq: “Bu mahnıya əsər desəm daha düzgün olar, çünki çox geniş layihə hazırlayırıq. Layihədə mən, Sona Vəliyeva və Novruz Aslan yer alacaq. Əsər vasitəsilə «narkomaniyaya yox» deyəcəyik. Bugünkü dövrdə ağ ölümlə çox rastlaşırıq, xüsusi ilə də gənclər arasında bu ölüm çox yayılıb. Çalışacağıq ki, layihə ilə bu yola sürüklənən insanları geri qaytara bilək. Düşünürük ki, əgər bizim layihəmiz bu istiqamətdə olan insanların fikrində hansısa dəyişikliyə səbəb olsa, biz az da olsa, savab işə imza atmış olacağıq”. Hazırda əsər üzərində tamamlama işlərinin getdiyini deyən Bəyimxanım Vəliyevanın sözlərinə görə, layihə hazır olandan sonra klip çəkiləcək: “Bu həftənin sonuna kimi mahnının aranjemanı tamamlanmalıdır. Gələn həftədən etibarən televiziyada bir sıra verilişlərdə mahnını yayımlamaq niyyətindəyik. Təqdimatdan sonra isə klip çəkiləcək. Klipin rejissorunun kim olacağına gəlincə isə, mahnı tam hazır olandan sonra bu barədə dəqiq qərar qəbul ediləcək”. Digər mahnısından da söz açan gənc xanəndə qeyd edib ki, ifanın bəstəsi Tahir Əkbərə məxsusdur: “Mahnı “İlahi eşq” adlanacaq. Bu mahnıya da gələcəkdə klip çəkdirmək niyyətindəyik”. Xanəndə silsilə şəklində bu kimi layihələrə imza atdıqlarını da bildirib: “Bir müddət əvvəl “Ağlama şəhid balası” deyib, bir çox şəhid analarımızın gözünün yaşını azaltmaq istəmişik. Çünki həmin analar qürur hissi keçirməlidir ki, biz hazırda onların övladlarının sayəsində bu ölkədə yaşayırıq. Bununla yanaşı, həm də “Giley” dedik. Bu mahnının vasitəsilə dağılan ailələri birləşdirmək istədik. Çünki elə kişilərimiz var idi ki, xanımlarına pul təklif edib, özləri başqa həyat tərzi yaşayırdılar. Təbii ki, qadınlarımızın umduğu pul deyil. Onlar sadəcə qayğı və diqqət istəyirlər. Bu gün bir mahnı oxuyub gündəmdə qalmaqla kifayətlənmək olmaz. İfamızla, mahnımızla nəyisə təbliğ etməyə çalışmalıyıq”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info