Moskvada terror aktının qarşısı alınıb
Tarix: 12.10.2015 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Rusiya paytaxında terror aktının qarşısı alınıb. Məlumata görə, bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.
Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının Strelbişenski döngəsində yerləşən mənzillərin birində keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində paytaxtda terror aktı törətməyi planlaşdıran bir qrup şəxs yaxalanıb.
MAK-ın məlumatına görə, saxlanılan şəxslərin gizləndiyi evdə əldəqayırma partlayıcı qurğu aşkar edilib.
Antiterror əməliyyatının keçirildiyi yaşayış binasından 80-dən artıq sakin təxliyə olunub.
Şahidlərin bildirdiyinə görə, antiterror əməliyyatı Strelbişenki döngəsi ev 5, 3-cü korpusda keçirilib. Bina mühasirəyə alınıb. Hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları araşdırma aparırlar. Binanın ətrafında yanğınsöndürən maşınlar da var.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Saakaşvili ilə bağlı məhkəmə qərarı qüvvədə saxlanıldı
22.11.2018
Rusiya hərbi kəşfiyyatının rəhbəri vəfat edib
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info