Fransa radiosunda mədəni irsimiz haqqında məlumatlar yayımlanıb
Tarix: 12.10.2015 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Fransanın Orn departamentində təşkil olunan Montiyi Sen Deni festivalında ilk dəfə olaraq fəxri qonaq qismində iştirak edir. Festival çərçivəsində ziyarətçiləri maraqlandıran iştirakçı ölkələr haqqında radio ilə birbaşa yayım olub. Azərbaycanla bağlı yayımda səfir Elçin Əmirbəyov ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti haqqında geniş məlumat verib. O, həmçinin Fransa–Azərbaycan dostluq əlaqələrinin inkişafı, Heydər Əliyev Fondunun Fransanın müxtəlif region və şəhərlərində mədəni irsimizin təşviqi istiqamətində həyata keçirdiyi mədəniyyət və xeyriyyə tədbirləri, ikitərəfli münasibətlərin perspektivləri barədə də danışıb.
Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva milli əl işləri haqqında, Azərbaycan Evinın sədr müavini Mehri Quliyeva isə ləziz mətbəximizin nümunələri barədə məlumat verərək, onların hazırlanma prosesini təqdim edib. Azərbaycan mətbəxi nümunələrinin dadına baxan ziyarətçilər ölkəmizin pavilyonunun fəallığından razılıqlarını bildiriblər. Bakı ulduzları rəqs ansamblının təqdim etdiyi milli rəqslərimiz böyük maraqla qarşılanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info