Beyləqan gənclərinə sahibkarlıqla bağlı təlim keçirilib
Tarix: 12.10.2015 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc sahibkarların və fermerlərin biznes bacarıqlarının inkişafı” layihəsi çərçivəsində Beyləqan rayonunun Dünyamallar kəndində təlim sessiyası keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı ilə birgə təşkil olunub. Tədbirdə Dünyamallar kəndində yaşayan 25 fəal gənc iştirak edib.
Təlim sessiyası həmin kənddə yaşayan gənc sahibkarlar və fermerlərin biznes bacarıqlarının artırılmasına dəstək göstərilməsi və gələcəkdə onların zəruri infomasiya məsləhət xidməti ilə təmin olunması məqsədilə təşkil olunub.
Tədbirə Beyləqan rayon İcra Hakimiyyəti, Dünyamallar kənd Bələdiyyəsi, Gənclər və İdman İdarəsinin nümayəndələrinin və ARGTMŞ-ın “Yerli Gənc” Proqramının koordinatorunun nitqi ilə start verilib. Daha sonra, iştirakçılar “Yerli Gənc” Proqramı ilə tanış olub, proqramın imkanları və bu imkanlardan faydalanmaq üsulları haqqında geniş məlumat əldə ediblər. Proqramın koordinatorunun təqdimatından sonra təlimə start verilib. Təlim zamanı gənclərə mövzu ətrafında məqsədin təyin olunması, motivasiya və özünəinam, biznes ideyasının yaradılması və planı, biznes işində başlanğıc mövzularda ətraflı məlumat verilib. Gənclər komandalara bölünərək əldə etdikləri biliklər əsasında müzakirələrə qoşulublar. Tədbirin sonunda kənd gənclərinin təltif olunma mərasimi baş tutub.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Bunu nəzərə alaraq, “Azərbaycan: 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir. Bu günə qədər “Yerli Gənc” Proqramı çərçivəsində təlim sessiyaları Şəki rayonunun Kiş, Lənkəran rayonunun Separadi, İsmayıllı rayonunun Kürdmaşı, Ağdam rayonunun Quzanlı, Quba rayonunun Qımılqışlaq, Sabirabad rayonunun Nərimanabad kəndlərində 140-dan çox gəncin iştirakı ilə baş tutub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info