“Rusiyanın Suriyaya hərbi müdaxiləsi bizim üçün gözlənilməz deyildi“
Tarix: 12.10.2015 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


“Əgər düşünürsüzsə ki, liderlik yeganə müttəfiqinizi qorumaq üçün qoşunları quruda döyüşmək üçün göndərməkdən ibarətdir, onda bizim liderlik barədə fərqli təsəvvürlərimiz var”.
Bu sözləri ABŞ prezidenti Barak Obama “CBS news” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib. B. Obama aparıcının "Vladimir Putin sizin liderliyinizə təhdid yaradır" fikri ilə razılaşmayıb: “Mənim liderlik barədə təsəvvürüm iqlim dəyişikliyinə, İranın nüvə silahı əldə etməsinə qarşı dünya ictimaiyyətinin səfərbər edilməsindən ibarətdir”.

B. Obama Rusiyanın Suriyadakı əməliyyatlarının ABŞ üçün gözlənilməz olmadığını və prosesləri diqqətlə izlədiklərini nəzərə çatdırıb: “Bizim yaxşı kəşfiyyatımız var. Biz Rusiyanın Suriyaya hərbi dəstək verəcəyini gözləyirdik. Əsədin hakimiyyətdə olduğu müddətdə mötədil müxalifət qüvvələrinin “İŞİD”lə mübarizəyə cəlb edilməsi çətin olacaq. İraq vəSuriyada “İŞİD” silahlıları gec ya tez məhv ediləcək, lakin bunun üçün münasib məqam yetişməlidir. Regionun sünni əhalisi də “İŞİD”lə mübarizəyə qoşulmalıdır. Suriya münaqişəsini hərbi vasitələrlə həll etmək mümkün deyil, bunu ancaq vacib aktyorların iştirakı ilə siyasi yollarla həll etmək mümkündür.”
Obama aparıcının ABŞ-ın Yaxın Şərqdəki mövqelərini itirməsi fikri ilə razılaşmayıb. O qeyd edib ki, regionda ABŞ-ın hərbi bazaları hələ də qalmaqdadır. O, Birləşmiş Ştatlarının Suriyaya quru qoşunları göndərməyə hazırlaşmadığını, “İŞİD”ə aviazərbələr endirməyə davam edəcəklərini bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info