“Əli Kərimli rəqib olmaqdan çəkinir”
Tarix: 12.10.2015 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


AXCP-də Əli Kərimlinin özəlliyi nədir ki, orada sədr dəyişikliyini dilinə gətirənlər partiyadan uzaqlaşdırılsın? Başqasından şəffaflıq, qanun və düzlük tələb edən birinin özünün niyə bu tələblərə uymaması çox sayda şübhəli suallar doğurur.
Bu sözləri AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev mətbuata açıqlamasında deyib. Əli Kərimlinin açıq müzakirələrdən qaçdığını deyən sədr, qonşu Türkiyədə cərəyan edən siyasi proseslərdən misal gətirərək, onun alternativlik qorxusu olduğunu qeyd edib:
“Əli Kərimliylə eyni zamanda siyasi səhnədə olan Türkiyənin Ana Vətən Partiyasını lideri Məsud Yılmaz hardadır? Bu gün Türkiyə parlamentində müstəqil millət vəkili kimi fəaliyyət göstərir. Amma hələ ötən əsrin 90-cı illərinin sonunda seçkini uduzub partiya mövqeyindən geri durdu. Yerini başqalarına verdi. Eləcə də Türkiyənin ilk qadın baş naziri Tansu Çillər. Seçkini uduzandan sonra yeni siyasi qüvvələrin meydana çıxmasına əngəl olmaqdan imtina etdi. AXCP sədri isə nəinki partiyada yeni siyasətin oturuşması üçün şərait yaratmağa, yaxud geri çəkilib yerini başqalarına verməyə hazırdır, əksinə alternativlik qoxusunu hiss edən kimi rəqiblərinə meydan oxuyur, onları partiyadan uzaqlaşdırmaq yolunu seçir. Çünki rəqib olmaqdan və şəffaf müzakirələrdən çəkinir”.
Məğlub liderlərin “bizdə demokratik seçkilər keçirilmir ki, partiya sədri uduzduğunun fərqində olsun” bəhanəsi gətirdiyini deyən R. Nurullayev qeyd edib ki, bu amil, oturub müzakirələr aparmağa mane olmur:
“İddia oluna bilər, bəs bizdə demokratik seçkilər keçirilmir ki, partiya sədri uduzduğunun fərqində olsun, yaxud siyasi səhvlərini müzakirəyə çıxarsın. Yaxşı, tutaq ki, belədir. Bəs müzakirəyə nə deyirsiniz? Məgər müzakirə də açmaq olmaz? Başqa bir nümunə. Ən cağdaş günlərdən daha bir nümunə burada yerinə düşür. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının son bələdiyyə seçkilərini və prezident seçkilərini uduzması partiya daxilində geniş müzakirələrə səbəb oldu. Partiyanın genel başkanı hörmətli Kamal Kılıçdaroğluna qarşı açıq tənqidi fikirlər səsləndirildi və partiyanın qurultayında alternativli seçki keçirildi. Amma partiya sədri buna qısqanclıqla yanaşmadı, yaxud tərəfdarlarını səfərbər edib rəqibini partiyadan uzaqlaşdırmaq yolunu tutmadı. Əksinə demokratiya nümunəsi göstərdi və alternativli seçkidə qalib gəldi, rəqibi Məhərrəm İncənin əlini sıxdı. Bizdə isə, məğlubiyyəti şərəflə qəbul etmək mədəniyyəti hələ də formalaşmayıb”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Qırğızıstan Prezidenti: “Azərbaycanın Türk Şurasına sədrliyi dövründə irəliləyişə nail olacağıq”
15.10.2019
Viktor Orban: “Macarıstan Türk Şurasının üzvü olan dövlətlərlə iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət verir”
15.10.2019
“Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli dövlətlərin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir“
15.10.2019
“Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
15.10.2019
Müxalifətin “qəhrəmana” çevirdiyi qadın müxalifəti tənqid etdi: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info