Səməd bəy Mehmandarovun 160 illiyi qeyd olunub
Tarix: 12.10.2015 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


İstiqlal Muzeyi və Milli Qvardiya birgə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun anadan olmasını 160 illiyinə həsr olunmuş tədbir keçirib.
Tədbirin əvvəlində AMEA-nın tarix institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov tərəfindən hazırlanmış genaralın həat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Sonra filmin müəllifi Mahir Qəribov, Səməd bəy Mehmandarovun yaxın qohumu Əfrasiyab talışinski məruzə ilə çıxış ediblər, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Yaradıcılıq Evinin nümayəndələri tərəfindən hazırlanmış kompozisiya nümayiş olunub.
Xatırladaq ki, Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olub. Bakıda gimnaziya təhsili alıb, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib. Rus-yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova1908-ci ildə tam artileriya generalı rütbəsi verilib. 1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilib 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilib.
1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxıb, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlib.
General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutub və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. Sovet hakimiyyəti quruldqudan sonra S.Mehmandarov hərbi fəaliyyətini davam etdirib, 1924-1927-ci illərdə Azərbaycanda bu sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmiş. 1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən təxris olunmuşdu. General Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info