“Latın Amerikası ölkələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir”
Tarix: 12.10.2015 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


“Azərbaycanın xarici siyasətində Latın Amerikası mühüm əhəmiyyət kəsb edir və xarici siyasətin prioritetlərindən biridir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial iqtisadi nəticələrinə dair keçirilən Latın Amerikası ölkələri ilə əlaqələrimizin daha intensiv xarakter alması, siyasi və iqtisadi maraqların olduğu qeyd edilib: “Hazırda Latın Amerikası ölkələri siyasi, iqtisadi və demoqrafik baxımdan mühüm əhəmiyyət kəsb edir. Həm fərdi, həm də regional əsasda mühüm rol oynayır”.
H. Hacıyev qeyd edib ki, Argentina, Braziliya və Uruqvayda mütəşəkkil erməni icması fəaliyyət göstərir: “Onlar daxili siyasətə təsir edə biləcək gücə malikdir. 1989-1996-ci illərdə erməni lobbisi və diaspor təşkilatlarının səyi nəticəsində bu ölkələrin parlamentlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 5 sənəd qəbul edilib. Sonra Azərbaycan diplomatiyasının səyi ilə bu kimi təşəbbüslərin qarşısı alınıb. Son 5 ildə münasibətlərdə dinamik inkişaf var. Kuba, Meksika və Argentinada Azərbaycanın səfirlikləri açılıb. Bu səfirliklər demək olar ki, Latın Amerikasının bir çox ölkələrini əhatə edir”.
H. Hacıyevin sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə, Latın Amerikası ölkələrinin dəstəyini qazanıb. O qeyd edib ki, ticarət və iqtisadi əməkdaşlıq əlaqələrdə mühüm əhəmiyyət kəsb edir: “Xarici ticarət dövriyyəsi 300 milyon dollardır. Bunun əsas hissəsi Braziliya ilə ticarət əlaqələrinə aiddir. Azərbaycanla bu ölkələrin münasibətlərinin siyasi ruhuna uyğun olaraq iqtisadi əlaqələrin inkişafına böyük potensial var”.
H. Hacıyev onu da əlavə edib ki, Xocalı soyqırımı və Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı Kolumbiya, Peru, Panama, Honduras, Paraqvay və Qvatemala parlamentlərində müvafiq sənədlər qəbul edilib
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info