“Ötən illərlə müqayisədə xarici təhsil ocaqlarında azərbaycanlılara daha çox rast gəlinir”
Tarix: 12.10.2015 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Numrəddin Hüseynov: “İngiltərə kimi önəmli universitetlərin cəmləşdiyi yerlərdə tələbələrimiz daha çox yer almağa başlayıblar”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı yenicə Türkiyədə ali təhsilə başlayan Numrəddin Hüseynovdur. Bu savadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.

-Öncə zünüz barədə məlumat verərdiniz.

-Mən, Numrəddin Hüseynov 1993-cü ildə Yevlax rayonunda anadan olmuşam. Orta təhsilimi Bakı şəhəri 72 saylı məktəb-liseydə almışam. 2010-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə menecment ixtisası üzrə qəbul olmuşam. Burada keçirdiyim 4 il mənim üçün çox böyük dəyişikliklərin əsası olub.

- Bəs sizdə başqa bir ölkədə ali təhsilinizi davam etdirmək ideyası necə yarandı?

-Əslində xaricdə təhsil almağı bakalavr təhsili üçün istəyirdim. Amma həmin vaxt YÖS-ün (Türkiyə) qəbulunun məhdudlaşdırılması ilə təhsilimi Azərbaycanda aldım. Xaricdə təhsillə bağlı 3-cü kursdan etibarən çalışmağa başlamışdım.
Qeydiyyat və qəbul işlərimi ancaq özüm həll etməli idim və təhsilim də ailəm tərəfindən qarşılanmayacaqdı.
Qeyd edim ki, qəbul işləri çox demotivasiyaedici bir prosesdir. Bir müddət dəqiq nə olacağını bilmədiyin işlərə görə hamıdan daha çox çalışman, sənədlərə görə əlavə xərclər etmək və s. lazım olur. Hansısa sənədin əksikliyinə görə 2 həftə gözləmək, hansısa sənədin yoxluğuna görə rədd cavabı almaq və s. də buna daxildir.
3-cü kursdan etibarən həm universitetdə orta balımı qaldırırdım, həm də IELTS sertifikatı üçün hazırlaşmağa başlayırdım. Universiteti qərarlaşdırmasam da, əksəriyyətinin ortaq tələbləri var idi. İşimi riskə atmamaq üçün İngiltərəyə, Almaniyaya, İtaliyaya, Türkiyə və Azərbaycana universitetlər üçün müraciət etdim. İngiltərədən “University of Birmingham”-dən, İtaliyadan, Türkiyədə İstanbul və Marmara universitetlərindən, Azərbaycanda isə Xəzər Universitetindən qəbul olmağım haqda xəbər aldım.
Qəbulları aldıqdan sonra qalırdı təhsil almaq üçün şəxs və ya qurum tərəfindən maliyyələşdirilmək. Xaricdə təhsil üzrə dövlət proqramı Birmingham Universitetimdəki ixtisasıma qeyri prioritet ixtisas deyərək maliyyələşdirmə etmədiyi, Xəzər Universitetinin də digər universitetlərimiz kimi təhsil haqqını yüksək qoyduğu üçün müqayisədə daha güclü olan Türkiyədə təhsilə yollandım. Təhsilimi 2 illik müddətdə Azərbaycanın ən böyük gənclər klubu IB Club maliyyələşdirəcəkdi.

- Artıq Türkiyədə ali təhsili seçmisiniz. Bir qədər də oxuyacağınız ali təhsil ocağı barədə danışardınız.

-Təhsilim artıq başlayıb. İstanbul Universitetində marketinq üzrə magistr dərəcəsi alıram. Açığını desəm, bu universitetdə təhsilə başlamazdan qabaq, Türkiyədə yazılmış akademik məqalələrdə İstanbul Universitetinin böyük payı olduğunu bilirdim, amma soruşduğum şəxslərin hamısı “dövlət universitetidir, bütün günü kitab verirlər gedib oxuyursan” deyirdilər. 1 həftədir ki, burdayam, doğrusu, vəziyyət deyilənlərin əksinədir. İstanbul Universiteti yeganə universitetlərdəndir ki, test və əzbərçilik əsasında imtahan və test işləri aparmır. Dərslərim artıq yenicə başlayıb və dərs bölgüsü ən çox arzuladığım formadadır. Kurikulumdakı dərslərin hamısını tələbələr arasında bölüblər və dərsləri əslində biz özümüz keçirik, müəllimin əlavələri ilə tapşırığımız qiymətləndirilir və bu tapşırıqdan necə keçməyimizdən asılı olaraq dərsi keçib-keçmədiyimizi müəyyənləşdirirlər. Belə formada tələbələr hansısa mövzu haqqında daha çox məlumat verməyə və məlumat almağa, paylaşmağa, araşdırmağa tabe tutulurlar. Bütün tapşırıqlar praktikidir və özümü əvvəllər böyük pullar sərf edib qatıldığım biznes təlimlərindəki kimi hiss edirəm. Belə sistem daha çox fərdi bacarıqlar tələb edir və çalışan tələbə üçün şərtlər çox uyğundur.

-Xarici ölkələrdə ali təhsilini davam etdirən gənclərimizin sayı ilbəil artır. Bunu necə dəyərləndirərdiniz?

- Düşünürəm ki, ümumilikdə tələbələrin, gənclərin təhsilə, öyrənməyə açıq olması çox xoş haldır. Bildiyimiz və öyrəndiklərimizin təkcə ölkə səviyyəsində deyil, beynəlxalq aləmdə də dəyərli olması gərəkdir. Bacarığınla sadəcə yaşadığın ölkədə iş tapırsansa, bu, iş bacarıq yox, şansın nəticəsidir və bu vəziyyət gələcək vəd etmir. İnsanların daha güclü ali təhsil ocaqlarına getməsi çox faydalı tendensiyadır. Amma mən istərdim ki, ölkəmizdəki universitetlər bu tendensiyanın qarşısını alacaq gücdə təhsil verə bilsinlər.

- Bəs Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?

-Ötən illərlə müqayisədə xarici təhsil ocaqlarında azərbaycanlılara daha çox rast gəlinir. Xüsusilə də İngiltərə kimi önəmli universitetlərin cəmləşdiyi yerlərdə tələbələrimiz daha çox yer almağa başlayıblar. Amma belə tendensiya var ki, insanlar təhsil aldıqdan sonra ölkələrinə qayıtmırlar və bu problem hələ də çox aktualdır. Mən bu məsələnin bir neçə səbəbdən qaynaqlandığını düşünürəm. İlkin olaraq xaricdə təhsil almış şəxslərin təhsil aldıqları ölkədə daha çox imkanlar yaranmış olur və tələbələr bu imkanları daha yüksək qiymətləndirirlər. Eləcə də, xarici ölkələrdə yaşamaq, işləmək bir imic və bir üstünlük növü olduğundan, insanlar bu şansı əldən vermək istəmirlər. Sonrası da daha çox hamının üstündə dayandığı fikir isə budur ki, tələbələr ölkəyə qayıtdıqları zaman yaxşı işə qəbul imkanlarının az ola bilər. Reallığı qəbul etmək lazımdır ki, böyük perspektivli qurumlara göndərilən cv-lər hələ aylar sonra nəzərdən keçirilməyə başlanılır və qəbul prosesinin şəffaflığı da hər yerdə eyni səviyyədə deyil. Düzdür, gənclərin önə çəkilməsində xeyli işlər görülür. Amma bəzi boşluqlar hələ də qalır. Mən düşünürəm ki, biz gələcəkdə beyin axınından ölkə səviyyəsində yararlana bilərik.

-Gələcək planlarınız barədə də söz açardınız.

-Magistr təhsilinə bildiklərimi nəzəri səviyyədə də gücləndirməyə gəlmişəm. Buna görə 2 illik təhsil müddətinin 1-ci ilini sırf akademik karyeraya ayırmışam.
Bu müddətdə çoxlu sayda kitab, məqalə və layihələrlə özümü məşğul etməyi düşünürəm. İkinci ildə planım Türkiyədə holdinq, iş mərkəzlərində çalışmaqdır. Bu biliklərimin təkcə nəzəriyyədə deyil, praktikada da özünü göstərməsinə, eləcə də böyük biznes qurumlarının necə işlədiyini öyrənməyimə səbəb olacaq, buna əminəm. 2 ildən sonra ölkəyə qayıdıb, öz şəxsi biznesimi başlatmaq istəyirəm. Türkiyədə tətbiq olunan marketinq elementlərinin Azərbaycandakı mühitə uyğun olduğu bu baxımdan daha çox xeyrimədir. Biz gənclərin fikirlərini, fəaliyyət və uğurlarını önə çəkib mətbuatda işıqlandıraraq cəmiyyətə tanıtdığınız üçün kollektivinizə dərin minnətdarlığımı bildirirəm və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info