DSX hərbi hospitalının rəisi Beynəlxalq Hərbi Cərrahlar Forumunun prezidenti seçilib
Tarix: 12.10.2015 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti (DSX) hərbi hospitalının rəisi Beynəlxalq Hərbi Cərrahlar Forumunun prezidenti seçilib.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, beynəlxalq tibbi təşkilatlarla, nüfuzlu səhiyyə ocaqları ilə faydalı əməkdaşlıq əlaqələrinin qurulması və sərhədçi həkimlərin peşəkarlığı nəticəsində bəzi tibbi əməliyyatlar ölkəmizdə ilk dəfə məhz xidmətin hərbi hospitalında aparılır. Hərbi cərrahiyyəyə dair simpozium da Azərbaycanda ilk dəfə DSX təşkilatçılığı ilə keçirilib. 2013-cü ilin mart ayında Bakıda keçirilən hərbi cərrahlar simpoziumunda dünyanın tanınmış hərbi cərrahları iştirak ediblər: “Hazırda Dövlət Sərhəd Xidmətihərbi hospitalının cərrahları ilə Dünya Beynəlxalq Cərrahlar Cəmiyyətinin və Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun sıx əlaqələri mövcuddur. Sərhədçi cərrahlar beynəlxalq təşkilatların işində fəal iştirak edir, innovativ metod və üsullarla tanış olur, təcrübə mübadiləsi aparırlar. Beynəlxalq hərbi cərrahlar cəmiyyətində səmərəli fəaliyyətin nəticəsidir ki, Dövlət Sərhəd Xidməti hərbi hospitalının rəisi, tibb elmləri üzrə fəlsəfə doktoru tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə cari ilin avqust ayının sonlarında Tailandda keçirilən Dünya Beynəlxalq Cərrahlar Cəmiyyətinin 46-cı konqresində Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 2017-2019-cu illər ərzində prezidenti seçilib. Sərhədçi cərrahın bu uğuru ölkəmizdə hərbi cərrahiyyənin inkişafına müsbət təsir edəcək”.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info