“ATV Qalereya” adlı sərgi salonu
Tarix: 12.10.2015 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


"Azad Azərbaycan" şirkətinin inzibati binasında “ATV Qalereya” adlı sərgi salonu fəaliyyətə başlayıb və qalereyada ilk sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 12-də tədbir keçirilib.
ATV-nin Bədii Şurasının sədri Etibar Babayev açılış mərasimində çıxış edərək şirkətin yeni, o cümlədən efirdən kənar geniş layihələr həyata keçirdiyini söyləyib. Bildirib ki, ATV yeni mövsümdə imza atdığı yeniliklərdən biri də “ATV Qalereya” adlı sərgi salonunun fəaliyyətə başlamasıdır.
Qalereyada açılan ilk sərgi barədə məlumat verən E.Babayev qeyd edib ki, bu gün burada Azərbaycan Rəssamlar İttifaqının üzvləri Mətanət və Etibar Aslanovların əsərlərindən ibarət sərgi nümayiş olunacaq. Fırça ustalarının rəsm əsərləri qrafika janrındadır.
“Azad Azərbaycan” şirkətinin prezidenti, Əməkdar Jurnalist Vüqar Qaradağlı qalereyanın açılmasında təşəbbüs göstərənlərə təşəkkürünü bildirib. Qeyd edib ki, məqsədimiz Azərbaycan təsviri sənət ustalarının yaradıcılığı ilə tamaşaçıları yaxından tanış etmək, rəsm sənətinin geniş təbliği sayəsində bədii-estetik zövqün inkişafına təkan vermək, xalqı maarifləndirmək, gənc istedadların üzə çıxmasına vasitəçi olmaqdır.
Şirkətin prezidenti vurğulayıb ki, “ATV Qalereya”nı digər sərgi salonlarından fərqləndirən ən başlıca cəhət odur ki, biz sənətsevərləri hansısa ünvana dəvət etməyəcəyik, sərgini hər kəsin evində ailəsində fərdi qaydada nümayiş etdirəcəyik.
Vüqar Qaradağlı qalereyanın açılışı münasibətilə rəssamları və tamaşaçıları təbrik edərək bu təşəbbüsün milli mədəniyyətimizin daha geniş təbliğinə, gələcək inkişafına, mənəviyyatımızın zənginləşməsinə xidmət göstərəcəyinə ümidvar olduğunu söyləyib.
Xalq rəssamları Arif Hüseynov və Səlhab Məmmədov, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə çıxış edərək qalereyanın fəaliyyətə başlamasının Azərbaycan incəsənətini təbliğ edən insanlar üçün gözəl təşəbbüs olduğunu bildiriblər.
TV-nin geniş auditoriyaya sahib olduğu vurğulanaraq qeyd edilib ki, qalereyanın ekspozisiyası kanalın yayım əhatəsinə daxil olan hər yerdə, hər məkanda arzu edənlərin üzünə açıq olacaq.
Diqqətə çatdırılıb ki, Mətanət və Etibar Aslanovlar yerli və xarici sərgilərdə ölkəmiz layiqincə təmsil ediblər.
İlk sərginin müəlliflərindən olan Etibar Aslanov sərginin təşkilinə görə ailələri adından təşkilatçılara minnətdarlığını bildirib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Bir ay davam edəcək sərgidə Mətanət və Etibar Aslanovların qrafika üslubunda əsərləri nümayiş olunur.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər
04.06.2020
Azərbaycan Mədəniyyət Mərkəzindən erməni tarixini ifşa edən daha bir layihə
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info