ABŞ mediası: “İraq da Rusiyaya üz tutur”
Tarix: 13.10.2015 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


“Vaşinqtonun “İŞİD”-ə qarşı “qeyri-ciddi” mübarzəsi İraqı terrorçulara qarşı mübarizədə əsas tərəfdaş kimi Rusiyanı görməyə vadar edir”

“ABŞ-ın Yaxın Şərqdə “İŞİD”-ə qarşı apardığı uğursuz əməliyyatlar İraq dövlətində də çaşqınlıq yaratmaqdadır”. Bu fikirlər ABŞ-ın aparıcı mətbu orqanları olan “Foreign Affairs” və “New York Times” nəşrlərinə aiddir. Nəşrlərin iddiasına görə, Vaşinqtonun bu ərazilərdəki “qeyri-ciddi” fəaliyyəti İraqı Rusiya ilə əməkdaşlıq etməyə sövq edir.
“Foreign Affairs” nəşri yazır ki, Amerika hərbçilərinin “İŞİD”-in tərkibində toplanan terrorçulara qarşı “mübarizədə” məyusedici nəticələri, İraq dövlətini terrorçulara qarşı mübarizədə əsas tərəfdaş kimi Rusiyanı görməyə vadar edir. Bəlkə də elə bunun nəticəsidir ki, İraq hərbçiləri İran, Rusiya və Suriya ilə kəşfiyyat mübadiləsi mərkəzinin yaradılmasını elan ediblər. İraqın baş naziri Hayder al-Abadi Rusiyanın hava hücumu qüvvələrinin bu ölkədə keçirəcəyi əməliyyatlara dəstək verib. Nüfuzlu Ayətullah Əli Sistani də Rusiyanın göstərəcəyi dəstəyə işarə edərək, “İŞİD”-ə qarşı daha geniş beynəlxalq fəaliyyətə çağırış edib.
Nəşr İraqın getdikcə Amerika Birləşmiş Ştatlarının deyil, daha çox Rusiyanın fəaliyyətinə üstünlük verdiyini qeyd edir. İraqın Xarici İşlər Nazirliyinə istinad edən qaynaqlardan nəşrə verilən məlumata görə, ABŞ bu ölkəyə silah təchizatı müqabilində ölkə qarşısında çoxlu şərtlərlə çıxış edir. Lakin İraqın müdafiə naziri Haled al-Obeydi bu ilin əvvəllərində Moskvaya etdiyi səfər zamanı “ABŞ-dan fərqli olaraq, Rusiya silahlarının bu ərazilərdə özünü daha yaxşı sübut etdiyini” bəyan etmişdi.
Qeyd edilməlidir ki, Rusiyanın Suriyada “İŞİD”-ə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar ölkənin şiə əhalisi tərəfindən böyük sayğı ilə qarşılanıb. Ölkədəki nüfuzlu şiə hərəkatı olan “Bədr” Amerika Birləşmiş Ştatlarının “İŞİD”-ə qarşı mübarizəsini “qeyri-ciddi” xarakterizə edərək, Rusiyanın hava hücumlarına dəstək bəyanatı ilə çıxış ediblər. İraqlı deputat İbrahim Bahr al-Ulum “New York Times” nəşrinə verdiyi açıqlamada bildirib ki, ölkədəki sadə insanların ancaq bir naratçılıqları var- “İŞİD” qüvvələrini İraqdan necə qovmalı?. Artıq onlar hiss etməyə başlayıblar ki, ABŞ-dan fərqli olaraq, Rusiya bu istiqamətdə daha ciddi fəaliyyətlə məşğuldur.
Vaşinqtonun bir vaxtlar Səddam Hüseynə qarşı apardığı güclü əməliyyatı xatırlayaraq, onların indi “İŞİD”-ə qarşı belə passiv mübarizəsinin çaşqınlıq yaratdığını “New York Times” nəşri özü də etiraf etmək məcburiyyətində qalıb. “Amerikalılar Marsda su tapmaq iqtidarında olan texnologiyaya malik olmasına baxmayaraq, nə üçün “İŞİD” üzərində qələbə qazanmaqda bu qədər aciz görünürlər?”-deyə Kufə Universitetinin professoru Hacı Əhməd belə bir sorğuyla ABŞ-ı sual qarşısında qoyur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info