Gəncədə VIII Beynəlxalq Atatürk konfransı keçirilir
Tarix: 13.10.2015 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Gəncədə yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkil etdiyi dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı işinə başlayıb.
Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərinin müzakirə olunacağı konfransı giriş sözü ilə AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov açıb. Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu oxunduqdan sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Türkiyədə törədilmiş terror aktlarında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırıb, konfransın işinə uğurlar arzulayıb.
Konfransda xarici ölkələrdən 130-dan çox alim və rəsmi nümayəndə iştirak edir. 93 elmi məruzədən 25-i Azərbaycan tarixçiləri tərəfindən ediləcək.
Azərbaycan alimlərinin məruzələri ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımları, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı və başqa problemlərə həsr olunacaq. Konfrans oktyabrın 16-dək davam edəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info